Emre Mor "Beşiktaş"a keçə bilərmiş

26.06.2016 | 3702 dəfə oxunub

AVRO-2016-da Türkiyənin yeni ulduzlarından olacağını sübut edən Emre Mor turnirdən əvvəl "Nordsyaelland"dan Dortmund "Borussiya”sına keçmişdi.

Stadium.Az xəbər verir ki, gənc futbolçunun "Beşiktaş"a transferi də mümkün imiş. Bunu "qara qartallar"ın rəsmisi Erdal Torunoğulları deyib:

"Bu futbolçu bizə təklif olunmuşdu. Danimarkaya gedib onu izlədim. Emreni çox bəyəndim. Sonra meneceri və özü ilə danışıqlar apardıq. Klubu "Nordsyaelland"a 4 milyondan çox pul təklif etdik. Emre də "Beşiktaş"a gəlmək istəyirdi. Amma onun Türkiyə millisinə çağrılması planları dəyişdirdi. Klubu digər təklifləri də nəzərdən keçirməyə qərar verdi. Özünü yaxşı tərəfdən göstərən futbolçu "Borussiya"nın diqqətini cəlb etdi və bu transfer reallaşdı. Dortmund klubuna xeyirli olsun. Bizim də transfer məsələsində müəyyən planlarımız var. Amma tələsmirik. AVRO-2016-dan sonra bu işdə fəaliyyətimiz intensivləşəcək. Məqsədimiz "Beşiktaş"a faydalı olacaq futbolçuları heyətə cəlb etməkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail