Gümüşdağ: "Azərbaycanla oyun daha stresli idi"

13.10.2011 | 6395 dəfə oxunub

Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Göksel Gümüşdağ millisi komandanın Xorvatiyaya rəqib olması barədə fikir bildirib. Stadium.az xəbər verir ki, Gümüşdağ bunları dilə gətirib:

"Şanslar bərabərdir. AÇ-2012-nin final mərhələsinə getmək istəyirik. İstər ölkəmizdə, istərsə də, kənarda oynayan futbolçularımız qarşıdakı bir ay içində həm psixoloji, həm də fiziki olaraq yaxşı hazırlanacaqlar. Avropa Çempionatına getmək şansımızın çox yüksək olduğunu düşünürəm. Bu, bütün Türkiyə üçün önəmlidir".

Gümüşdağ milli komandasının Almaniya və Azərbaycanla oyunlardakı çıxışını da dəyərləndirib: "Futbolumuzda çətin günlərdən keçirik. Ölkə daxilində çempionatlar 1 ay gec başladı. Bu da futbolçuların həm fiziki, həm də digər cəhətlərdə tam hazır olmamasına səbəb oldu. Bununla belə, Almaniya ilə oyun daha yaxşı nəticə ilə bitə bilərdi. Azərbaycanla oyun isə daha stresli idi. Önəmli olan o idi ki, iki matçda lazımi nəticəni əldə edib pley-off mərhələsinə vəsiqə qazandıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail