“Qalatasaray”ın əfsanəsi istintaqa cəlb olundu

01.12.2015 | 3463 dəfə oxunub

Vaxtilə “Qalatasaray”da forma geyinmiş braziliyalı sabiq futbolçu Mario Jardel barəsində bir sıra sui-istifadə iddiaları ilə cinayət işi başladılıb.

 

Stadium.az xəbər verir ki, 2011-ci ildə futbolla vidalaşdıqdan sonra 2014-cü ildə Braziliyanın Rio Qrandi du Sul bölgəsindəki yerli parlamentdən millət vəkili seçilən “Cim-Bom”un əfsanəsi Jardel istintaqa cəlb olunub.

Cinayət işini başladan prokurorluq keçmiş futbolçunu fırıldaqçılıqda, saxta sənəd hazırlamaqda, mütəşəkkil cinayət və rüşvət almaqda günahlandırıb.

İstintaq çərçivəsində səhər tezdən Jardelin ev və iş yerində axtarış aparılıb. Həmçinin haqqında açılan cinayət işinə görə onun millət vəkilliyinin 180 gün ərzində təxirə salındığı deyilib.

Prokurorluq Braziliya qanunlarına görə millət vəkilinin sadəcə maliyyə cinayətlərinə görə toxunulmazlığının aradan qaldırıla biləcəyini xatırladıb. Jardelin deputatlıq hüququndan şəxsi maraqları üçün də istifadə etdiyi üzə çıxıb.

Qeyd edək ki, Jardel karyerası ərzində bir çox klubda forma geyinib. Hazırda 42 yaşı olan sabiq futbolçu ən böyük uğurunu "Porto" (1996-2000), "Qalatasaray" (2000-2001) və "Sportinq" (2001-2003) klublarında qazanıb. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail