Fatih Terim "Qarabağ" və "Qəbələ"dən danışdı

26.11.2015 | 3554 dəfə oxunub

Bu axşam Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək. Azərbaycan təmsilçiləri - “Qarabağ”la “Qəbələ” də növbəti oyularına çıxacaq. “Qəbələ” safərdə Yunanıstanın PAOK klubunun qonağı olacaq, “Qarabağ” isə doğma meydanda İngiltərənin adlı-sanlı klublarından olan “Tottenhem”i qəbul edəcək. 

Türkiyə millisinin baş məşqçisi Fatih Terim komandalarımızın şanslarını ölkə.az-a müsahibəsində dəyərləndirib. Həmin müsahibəni təqdim edirik.

- Sizi Azərbaycandan narahat edirik. Sizə bir neçə sualımız olacaq xahiş edirik suallara cavab verərdiniz.
- Salam, xoş gördük. Buyurun, istənilən suallarınızı verə bilərsiniz.

- Bildiyiniz kimi bu axşam Avropa Liqasında V turun oyunları keçiriləcək. Azərbaycanın iki klubu - “Qarabağ” və “Qəbələ” növbəti oyunlarına çıxacaqlar. Bu barədə nə deyə bilərsiniz?
- Hər iki klubunuzun oyunlarını izləmişəm. “Qarabağ” artıq ikinci dəfədi ki, qrup mərhələsində iştirak edir. Və artıq özünü tanıtdıra bilib. “Qəbələ” bu il qrup mərhələsində çıxış etsə də, rəqiblərinə çətinlik yaradıb. Səhv etmirəmsə, bu “Qəbələ”nin Yunanıstana ikinci səfəri olacaq.

- Hansı klubun daha şanslı olduğunu hesab edirsiniz?
- Hesab edirəm ki, belə oyunlarda favorit komanda olmur. “Qarabağ” Londonda keçirilən ilk oyunda bunu sübut edib. Nəzərə alsaq ki, “Qarabağ”ın "pley-off"a yüksəlmək şansları hələ də var, “Tottenhem” üçün çox çətin olacaq. Üstəlik şənbə günü “Tottenhem” öz meydanında “Çelsi”ni qəbul edəcək. Məncə “Qarabağ” “Tottenhem”lə oyunda uduzmayacaq.

- “Qarabağ”da çıxış edən hansı futbolçuları tanıyırsınız və bəyənirsiniz?
- “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Məsələn, Rəşad Sadıqov, Reynaldo, Almeyda kimi futbolçular komandaya hər zaman kömək edə bilərlər. Rəşad Türkiyə Super Liqasında da oynayıb. Yanılmıramsa “Qarabağ”ın qrup mərhələsində vurulan bütün qolları Almeyda vurub.

- Ötən mövsüm “Qarabağ” - “İnter” oyununu idarə edən çexiyalı hakim Zelinka bu axşam “Molde” - “Fənərbaxça” matçında fit çalacaq. Ötən il “Qarabağ”ın qələbə topunu saymayaraq haqqını tapdalayan Zelinkanın bu dəfə nə ilə yadda qalacağını düşünürsünüz?
- Xəbərim var. Hakimin bu qərarı böyük səs-küyə səbəb olmuşdu. İnşallah bizim matçda belə səhvə yol verməz. (gülür)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail