"Təklif olarsa, düşünmək olar"- Ümit Karan

22.11.2015 | 3288 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan Bakıya gəlib. Stadium.az olaraq, futbolçu ilə əlaqə saxlayıb, səfər barəsində bir-neçə sual verdik. "Sumqayıt"-"Qəbələ" matçını da izləyən Karan səfər haqqında bunları danışdı:

"Bakıya ilk dəfə gəlmişəm. Bura mən gözləyəndən də gözəl şəhərdi. Gəlişimin səbəbi hansısa klubla danışıq aparmaq yox, dostlarla görüşmək istəyim oldu. Burada xeyli fotbulçu dostlarım var. Dünən onlarla görüşdük, ətraflı söhbət elədik. 2-3 saata qayıdıram Türkiyəyə."

"Qalatasaray"da çıxış etmiş futbolçu daha sonra Azərbaycan futbolu haqqında da fikirlərini açıqladı:

"Türkiyənin adlı-sanlı çalışdırıcıları sizin klublarda çalışıb. Bülənt Qorxmaz, Mustafa Dənizli və Oğuz Çətinin adını qeyd etmək kifayət edər. Amma mən düşünürdüm ki, sizin futbol hazırkından da çox inişaf edib. Dünən izlədiyim "Sumqayıt"-"Qəbələ" oyununda isə gördüklərimlə düşündüklərim üst-üstə düşmədi. Matçın ilk hissəsini izlədim, futbolçuların səviyyəsi o qədər də yüksək deyil. Amma inanıram ki, yaxın zamanda komandalarınız istənilən vəziyyətə gələcək. Bir daha bildirirəm ki, bura hansısa klubla danışıqlar aparmaq üçün gəlməmişəm. Amma təklif olarsa, düşünmək olar."

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail