Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək. Görüşün hakimləri hələlik məlum deyil.
Daha öncə Orxan Hüseynzadənin "Rubin" (Rusiya) - "Bordo" (Fransa) matçında UEFA nümayəndəsi olacağı AFFA tərəfindən açıqlanıb.
Azərbaycan klublarına gəldikdə, eyni gündə "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər qarşılaşmasında Elmir Pilav (Bosniya və Herseqovina) hakim-inspektor, Sergey İlyiç (Belarus) UEFA nümayəndəsi, "Qarabağ"ın Belçika "Anderlext"i ilə ev oyununda Darko Çeferin (Sloveniya) hakim-inspektor, Oljas Abrayev (Qazaxıstan) UEFA nümayəndəsi olacaq."Report"