“Qalatasaray”da forma qalmaqalı

20.01.2011 | 4368 dəfə oxunub

rn

2004-cü ildə “Vilyareal” ilə oynanılan UEFA Kuboku matçında Sabri Sarıoğlunun arxasında “Sarbi” yazılı formayla meydana çıxması səbəbi ilə tənqid atəşinə tutulan “Qalatasaray” daha bir forma qalmaqalına imza atıb.Stadium.az xəbər verir ki,  iki gün əvvəl ZiraatTürkiyə Kuboku çərçivəsində “Antalyaspor”la qarşılaşan “sarı qırmızılar”ın müdafiəçisi Sərvət Çətin gerbsiz forma ilə meydana çıxıb. Matç əsnasında çəkilən fotoşəkillərdə təcrübəli futbolçunun formasında “Qalatasaray” gerbinin olmadığı açıq aşkar görünür. İstanbul klubunun rəhbərliyi ikili mübarizə zamanı gerbin cırıldığını bildirsə də, matçın gedişatında çəkilən fotoşəkillər bu açıqlamanın yalan olduğunu sübuta yetirir.   Gerbsiz forma ilə meydana çıxdığını bilmədiyini deyən Sərvət Çətin isə hadisəyə belə şərh verib: “Sizdən öyrənirəm. Fikir verməmişəm. Heç kim mənə bu haqda məlumat verməmişdi”.

rn

 

rn

 

rn

Xəyal Azəroğlu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail