Demba Ba Türkiyəyə gəlməyə peşman olub?

20.06.2015 | 4564 dəfə oxunub

"Beşiktaş"a ötən yay "Çelsi"dən transfer olunan Demba Ba klubunu yenidən dəyişə bilər. Stadium.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Fikret Orman seneqallı hücumçu üçün bir sıra təkliflər aldıqlarını bildirib. Dakarda keçirilən "Evsiz uşaqlara yardım" mərasimində iştirak edən Demba Ba

"Türkiyə çempionatının səviyyəsi Premyer Liqadan çox aşağıdır. Bu, heç kimə sirr deyil. "Çelsi"ni tərk etmək doğru qərar deyildi, amma belə şeylər olur. Mənim 30 yaşım var və ən məhsuldar dönəmi yaşayıram. Yenidən Premyer Liqaya dönə bilərəm. İngiltərədən təkliflərin olduğunu bilirəm. Nə baş verəcəyini demək qeyri-mümkündür".

Seneqallı forvarda Çin və Qatar klublarından da təkliflər gəlməkdədir. Bu təkliflər "Beşiktaş" rəhbərliyini qane etsə də, Ba qeyd olunan ölkələrə getmək istəmir. Rəhbərlik "zadəganlar"dan 6 milyon avroya aldığı futbolçunu 15 milyona satmağı düşünür. "Qartallar"la 2018-ci ilə kimi müqaviləsi olan hücumçunun məvacibi isə 2.5 milyon avro təşkil edir. Ötən mövsüm "Beşiktaş"ın heyətində 44 oyuna çıxan Demba Ba 27 qolun müəllifi olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail