Felipe Melonun əvəzinə hollandiyalı

08.06.2015 | 4229 dəfə oxunub

"Qalatasaray" yeni mövsümə bir neçə yeni futbolçular ilə başlaya bilər. 

Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "aslan"lar braziliyalı Felipe Melonun İtaliya "İnter"inə transferinin real göründüyünü nəzərə alaraq, futbolçunun əvəzinə yeni ad tapıblar. Klub, Milan şəhərinin eyniadlı komandasının hollandiyalı futbolçusu Nigel De Yonqu heyətinə qatmaq istəyir. De Yonqun illərdir Seneyder ilə Hollandiya millisində top qovduğundan bu transferin reallaşması daha inamlı görünür. 

2004-cü ildən Hollandiya millisinin şərəfini qoruyan De Yonq, 2010-cu ildə Dünya Çempionatında komandası ilə finalda İspaniyaya məğlub olmuşdularsa, 2014-cü ildə isə eyni turnirin üçüncüsü olmuşdur. "Milan"dan əvvəl "Mançester Siti" və "Ayaks"da oynayan futbolçu, hər iki klubunda liqa çempionu olmağı bacarmış, 2005-ci ildə isə Hollandiyanın ən yaxşı oyunçusu seçilmişdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail