"Kayserispor" rəsmisindən Kamrana həm bəd, həm şad xəbər

03.03.2015 | 5221 dəfə oxunub

"Kayserispor"un baş meneceri Süleyman Hurma hazırda "Trabzonspor"da icarə əsasında çıxış edən Hakan Arıkanla bağlı "ikibaşlı" açıqlama verib. Stadium.Az xəbər verir ki, klub rəsmisi Qaradəniz təmsilçisində öz oyunu ilə hamının rəğbətini qazanan təcrübəli qapıçının mövsümün sonunda komandaya qayıdacağını bildirib:

"Hakan Arıkan növbəti mövsümdə "Kayserispor"un formasını geyinəcək. Çox dəyərli bir qapıçıdı. Onsuz da ona ehtiyacımız var".

Ancaq Hurma Arıkanın "Trabzonspor"da qala biləcəyini də istisna etməyib: "Hər futbolçunun öz qiyməti var. Dəyəri bilinməlidi. Özü istəsə, klubumuza da sərf eləsə, niyə də"Trabzonspor"a transfer olmasın. Nəticədə futbol da bir ticarətdir. Bu məsələlərdə elə də qatı deyilik".

Əgər Hurmanın dediyi kimi, Hakan "Kayserispor"a qayıtsa, bu millimizin qapıçısı Kamran Ağayevin işini bir az da çətinləşdirəcək. Onsuz da əsas heyətə düşməkdə çətinlik çəkən qolkiperimiz ümumiyyətlə, "çərçivə"yə həsrtə qalacaq. Əks-halda isə Ağayevin əsas heyətə yolu açılacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail