Türkiyənin ən məhşur məscidinin imamı Demba Baya dəstək verdi

10.02.2015 | 4732 dəfə oxunub

"Beşiktaş"ın çempion olacağı təqdirdə azarkeşləri Sultanahmet Camisinə sübh namazına dəvət edən Demba Ba məscidin imamı İshaq Kızılarslandan dəstək alıb. Stadium.Az xəbər verir ki, Kızılarslan Demba Ba və azarkeşləri məsciddə gözlədiklərini bildirib.

"Məscidimizin hər tərəfi açıqdır. Lazım gəlsə, Ayasofya meydanını da istifadə edərik. Bayram namazlarında 70 min nəfərə yer çatır. Mən "Fənərbaxça" azarkeşiyəm. Oğlumun isə "Beşiktaş"a simpatiyası var və Demba Banı çox sevir. "Fənərbaxça", "Qalatasaray", "Trabzonspor" fanatlarını da dəvət edirik. Demba Banın sayəsində, bəlkə, namaza vərdiş edərlər. Bir insan zəfər qazananda, qalibiyyət və ya dünyəvi nemətlər əldə edəndə Allaha şükür səcdəsini yerinə yetirməlidir. Günümüzdə zəfərlər İslama uyğun olmayan şəkildə istifadə olunur. Çempionluğu zəfər hesab etsək, Banın Sultanahmet Camisini yada salması, sübh namazına dəvəti anlamlı mesajdır. Onun azarkeşləri ən dəyərli olana çağırması çox gözəldir. Vaxtilə mən də həvəskar futbolla məşğul olurdum. Üniversitetdə oxuyanda peşəkar təklif almışdım. Amma təhsilimə görə alınmadı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail