Rail baxdı, komandası uduzdu

25.01.2015 | 4501 dəfə oxunub

Türkiyə PTT I Liqasının XVII turunda növbəti oyunlar keçirilir. Stadium.Az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Rail Məlikovun formasını geyindiyi “Dənizlispor” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ın keçmiş hücumçusu Mbilla Etamenin şərəfini qoruduğu "Samsunspor" qarşılaşıb.

 Matçda qonaqlar 1:2 hesabı ilə qələbə qazanıb. 

 Bu qarşılaşmada Məlikov “18-liy”ə daxil edilsə də, forma şansı əldə edə bilməyib. Raildən fərqli olaraq, kamerunlu forvard start heytdə meydana çıxıb, 90 dəqiqə oynayıb və komandasının qalib gəlməsində böyük pay sahibi olub. Belə ki, Etame görüşün 10-cu dəqiqəsində hesabı açıb.

 Aktivində 17 xal olan “Dənizlispor” turnir cədvəlinin 14-cü pilləsində yer alır. "Samsunspor" isə 23 xalla 8-ci yerdə qərarlaşır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail