"Türkiyədən kimi qovuruq, dünyada uğurlar qazanır"

22.01.2015 | 4108 dəfə oxunub

Türkiyə futbolunun tanınmış nümayəndəsi Tuqay Kerimoğlu ölkə futbolunun durumu və "Qalatasaray"la bağlı "Hüriyyet" qəzetinin suallarını cavablandırıb. Stadium.AZ  xəbər verir ki, gənc mütəxəsis səviyyəli məşqçilərin sıxışdırılmasından narazılığını bildirib. 
"Türk futbolunun yaxşı yerdə olmadığı dəqiqdir. Bunun əksini idda edən yalan deyir. Günahkar axtarmaq, bir-birini qaralamaq futbolun xeyrinə deyil. Məsələn, nə vaxt birini bəyənməyib Türkiyədən qovuruqsa, dünya arenasında böyük uğurlar qazanır. Löv, Luis Araqones, Del Boske və s. Hal-hazırda Fatih Terim. Türkiyədə hansı baş məşqçi UEFA Kubokunu qazanıb?Fatih hoca türk mütəxəsisləri üçün Avropaya yol açıb, "İnter"də, "Fiorentina"da işləyib. Onun türk futbolu qarşısındakı xidmətləri göz önündədir. Amma indi ona qarşı edilən hərəkətlərə baxın. Öz vətəndaşımızı yerdən-yerə vururuq. Futbolçu da insandır. Həmişə eyni səviyyədə çıxış edə bilmir. Bu xüsusiyyət Volkan, Burak, Gökhan Gönül üçün də keçərlidir. Futbolçu karyerası 15-20 ildir. Xaricə gedəndə karyeranı 40 yaşında bitirirsən. Ən əsası orda oyunçunu daha rahat buraxırlar. Açıq deyirəm, Türkiyədə qalsaydım, 29 yaşında gücüm tükənərdi".
Tuqay "Qalatasaray"ın sabiq baş məşqçisi Roberto Mançini haqqında da söhbət açıb. 
"Mançini Türkiyədəki həyat tərzini, quruluşu öyrənmişdi. Rəqiblərini təhlil etmişdi. Qalsaydı, onun vaxtı indi olacaqdı. Sabri Sarıoğlunun əsas heyətdən uzaqlaşdırılması Mançini ilə əlaqəli deyildi. Futbolçu da Robertoya hörmətsizlik etməmişdi. O, komandada məşqçilərə ən çox kömək edən futbolçudur. Sabriyə ən çətin vaxtlarda oynamaq imkanı verirdik. Vəzifəsinin öhdəsindən uğurla gəlirdi. Mançininin rəhbərliyi altında "Qalatasaray" uğursuz çıxış etmirdi. "Cim bom" hər mövsüm çempionluğu hədəfləyir. Amma həmişə bu məqsədə nail olması mümkün deyil. İkinci yeri tutsa da, Çempionlar Liqasına birbaşa vəsiqə qazandı və maliyyə itkisi ilə üzləşmədi. Türkiyə Kuboku və Çempionlar Liqasında uğurlar qazandı. "Qalatasaray" vaxtilə 14 il çempion ola bilmirdi. Yupp Dervall gəldi, futbol mentalitetini dəyişdirdi. heç kimin əlində dehirli çubuq yox idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail