“Fənərbaxça” I liqaya, Əziz Yıldırım ömürlük həbsə göndərilir

19.07.2011 | 5964 dəfə oxunub

"Fənərbaxça" Əziz Yıldırım haqda iddia edilən qərardan şoka düşüb. Stadium.Az xəbər verir ki, ötən mövsüm danışılmış oyunlarda əsas günahkarlardan sayılan Yıldırım barədə prokurorluğun 87 il həbs cəzası istəniləcəyi deyilir. 

Məhkəmənin çıxardığı qərarla son hökm çıxanadək həbsxanada olan "Fənər"in prezidentinin hazırda 59 yaşı var. Ona görünməmiş cəza kəsilərsə, həbsxanada dünyasını dəyişəcək. Hər halda, postundan istefa verməli olan Yıldırımın 2098-ci ilədək - 146 yaşına qədər yaşayacağı inandırıcı deyil.

Bu məsələlərlə bağlı dindirilən "İstanbul Böyükşəhir Bələdiyyəspor"un tanınmış futbolçusu İbrahim Akının hər şeyi etiraf etməsi Yıldırım durumunu çətinləşdirib. Danışılmış oyunlarda əsas günahlandırılan "Fənərbaxça", "Trabzonspor", "Beşiktaş" və ötən mövsüm Bank Asiya I liqanın çempionu kimi Superliqaya yüksələn "Mersin İdman Yurdu" klublarının I liqaya göndəriləcəyi, "Fənər"lə "Beşiktaş" arasında Superkubokunun oyununun keçirilməyəcəyi, Türkiyənin avrokuboklarda təmsilçilərinin sayının 3-ə endiriləcəyi, Superliqada növbəti mövsümün başlanma tarixinin təxirə salınacağı gündəmdədir.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail