Bir müddət danışılmış oyunlarla bağlı saxlanılan, ifadəsi alındıqdan sonra isə həbs olunan "Beşiktaş"ın vitse-prezidenti və futbol şöbəsinin müdiri Sərdar Adalı gözlənilməz addım atıb. Stadium.Az xəbər verir ki, klub rəsmisi tutduğu vəzifəsindən istefa verib. Son vaxtlar danışılmış oyunlarla bağlı haqqında irəli sürülən iddialar və ölkə mətbuatının yazdığı xəbərlər Adalını bu addımı atmağa vadar edib: "Son vaxtlar mətbuatda mənim və həmkarlarım haqda heç bir əsası olmayan yazılar dərc olunur. Bu işlərdə əlim olmadığı halda, indi həbsxanadayam. Həmişə "Beşiktaş"a sədaqətlə xidmət eləmişəm. İndi mənə görə bu komandanın adına söz gəlməyini istəmirən. Elə bu səbəbdən də istefa verirəm". Sərdar adalı və digər "Beşiktaş" rəsmiləri ölkə kubokunun son finalında rəqib komanda - "İstanbul Böyükşəhər Bələdiyəspor"un oyunçuları İbrahim Akın və İskəndər Alına mösümün sonunda transfer sözü verərək, onları yaxşı oynamamağa vadar etməkdə günahlandırılırlar.rnrnrnrn