Başı bəladan qurtulmur

21.12.2013 | 5161 dəfə oxunub

Türk futbolunun ən uğurlu 10 nömrəsi olaraq tanınır. Türkiyədə "dörd böyük" olaraq adlandırılan komandaların hamısında ilk dəfə forma geyinən futbolçu olub. Uğurlu futbolu ilə yanaşı qumar tutqusu ilə də gündəm olub.

Bu dəfə “II taym” layihəsi çərçivəsində cərimə zərbələri və vurduğu qollarla adını tarixə yazdıran meydanların çılğın futbolçusu Sərgən Yalçın haqqında məlumat verəcək.

O mükəmməl bacarığı ilə türk futbolunun ən vacib oyunçularından biri sayılır. Demək olar ki, bütün böyük klublarda forma geyinən Sərgən yarımmüdafiəçi və forvet mövqeyində oynayıb.


Çılğın “İstanbul çocuğu”

Ali Rıza Sərgən Yalçın 1972-ci il noyabrın 5-də İstanbulda anadan olub. O, futbola “Beşiktaş”da başlayıb. Burada Serpil Hamdi Tüzünün türk futboluna qazandırdığı adlardan biri olur. Qordon Milne dövründə “Beşiktaş”ın əsas heyətinə yüksəlib.
“Beşiktaş”ın əsas heyətində çıxış etməyə başladığı vaxtlardan Türkiyənin ulduz futbolçularından sayılır. 1990-1991-ci illərdə əsas heyətdə az-az yer alsa da, sonrakı illərdə vurduğu qollarla komandasına çempionluq qazandırır.

O, 1991-1996-cı illərdə uğurlu performansıyla diqqət çəkib, 2 liqa çempionluğu, 2 Prezidentlik Kuboku və 1 Türkiyə Kuboku alıb. Onu “Çılğın “İstanbul çocuğu” adlandırırdılar.


“Beşiktaş”dan daha çox pul tələb etdi

Uğurlarına rəğmən qumara, at yarışlarına marağına görə tənqid də olunub. 1996-1997 mövsümünün sonunda müqaviləsi bitən Sərgən komanda yoldaşı Alpay Özalan ilə birlikdə “Beşiktaş”ın verə biləcəyindən daha çox pul istədiyi üçün klubla razılaşa bilməyib.
“Beşiktaş”dan ayrıldıqdan sonra Cem Uzanın başçılığını etdiyi “İstanbulspor”dan təklif alıb və 1997-ci ildə Aykut Böyük, Oğuz Çetin transferi ilə diqqət çəkən “İstanbulspor”a transfer olub.

“İstanbulspor”a gəldiyi anda, qollarıyla komandanın İntertoto Kubokunda qrupdan birinci olaraq çıxmasına kömək edib. Mövsüm sonu komandası liqa dördüncüsü olub UEFA Kubokuna qatılmağa haqq qazanıb. Ancaq sonrakı mövsüm UEFA Kubokundan da ilk dövrdə uzaqlaşdırıldıqda Cem Uzan rəhbərlikdən istefa verir.

Uşaqlıq arzusuna çatdı

Bundan sonra bütün futbolçular transfer siyahısında yer alır. 1998-ci ilin noyabr ayında da rəhbərliklə problemləri olan və maaşı ödənməyən Sərgən müqaviləsini ləğv etdirir. Uzun müddət futbol oynaya bilməyən futbolçu Avropadan klublarla görüşsə də, razılaşma əldə edə bilmir.

1999-cu ilin əvvəllərində Fadıl Akgündüzün komandası “Siirt JeT-Pa Spor”a transfer olunub. Burada Akgündüz və Tanju Çolak tərəfindən “Fənərbaxça”ya əvəzsiz və icarə əsasında təklif edilib. Baş məşqçi Joaxim Lövün də istəyi ilə “Fənərbaxça” forması geyinib. İmza mərasimində uşaqlığından bəri “Fənərbaxça”lı olduğunu açıqlayıb.

“Fənərbaxçada”kı performansıyla təkrar milli komandaya seçilib. Mövsüm sonunda “Fənər” 3-cü olsa da, yaxşı oynayan Sərgənin komandada qalmasına qərar verildi və bir mövsüm daha icarə əsasında bu klubda oynadı. Ancaq UEFA Kubokundan kənarda qaldıqda baş məşqçi Rıdvan Dilmenin istefa verməsiylə vəzifəyə gələn Zdenek Zeman ilə Sergenin münasibətləri yaxşı olmadı. İlk yarının sonlarında Sergenin müqaviləsi dekabr ayında ləğv edildi. Səbəb isə formasını itirməsi idi.

Yeni adresi - “Qalatasaray”

Türkiyədə təkrar bir komandada forma geyə bilməsi üçün federasiya qaydalarına görə, Avropada bir kluba satılması və oradan Türkiyəyə qayıtması lazım idi. Buna görə Sərgən kağız üzərində Makedoniyanın “FK Sloga Jugomagnat” klubuna satıldı. Daha sonra oradan 2000-ci ilin əvvəlində “Qalatasaray”da icarə əsasında forma geyinməyə başladı.

Sərgən beləliklə, Refik Osman Top, Ali Soydan və Saffet Sancaklıdan sonra “3 Böyüklər”də forma geyinən 4-cü futbolçu olub. Yarımmüdafiədə göstərdiyi uğurlu performansıyla komandasının liqa çempionluğu və Türkiyə Kubokunu qazanmasında böyük əməyi keçib. “Qalatasaray” mövsüm sonunda UEFA Kubokunu qazanıb. Türkiyədə ilk dəfə bir Avropa Kuboku qazanan komanda olsa da, Sərgən mövsüm əvvəlində “Fənərbaxça” forması ilə kubokda matça çıxdığı üçün bu əfsanə heyətdə yer ala bilməyib. Mövsüm sonlarına doğru komanda ilə problemlər yaşayan Sərgən mövsüm başa çatdıqda komandadan ayrılıb. Milli komandada isə 37 dəfə forma geyinib. Bu görüşlərdə cəmi 5 dəfə qol vurub. Sərgən futbolçu karyerası boyunca “Qartallar”dan ayrıldıqdan sonra “Siirtspor”, “İstanbulspor”, “Fənərbaxça”, “Trabzonspor” və “Qalatasaray” kimi klubların formasını geyib.

Məşqçilik karyerası

2008-2009 mövsümündə “Beşiktaş”da Mustafa Denizlinin yanında köməkçi məşqçi kimi fəaliyyət göstərəcəkdi. Lakin lisenziyası çatmadığı üçün “BJK”da U-15 heyətində məşqçilik edir. 2010-2011 mövsümünün əvvəlində Sarıyer İdman Klubu idman direktorluğuna gətirilir.

2013-2014 mövsümünün 11-ci həftəsinin sonunda 2 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyətlə liqaya yaxşı başlanğıc edə bilməyən “Gaziantepspor” Bülent Uyğunla yollarının ayrılmasından sonra baş məşqçi postuna Sərgən Yalçını gətirir. Lakin onun lisenziyası olmadığı üçün klubun idman direktorluğu vəzifəsinə təyin olunur. O, hazırda klubun futbolçulara pul ödəmədiyi iddiası ilə klubdan istefaya hazırlaşır.

Futboldan kənar həyat tərzi

Sərgən Yalçın futboldan başqa meydandan kənar həyatı ilə də gündəmdə olub. Köklüyü, at yarışlarına marağı, gecə həyatı onu daim medianın gündəmində tutub. Bundan əlavə onun hazırcavablığı da həmişə diqqət çəkib. Onun cavabının həddindən artıq zəkanın, yoxsa saflığın əlaməti olması hələ də gündəm mövzusudur.
"Qalatasaray"daykən çıxdığı bir "Beşiktaş" matçı sonrası rəqib oyunçu Yasinin formasını Sərgənin əynində görən bir müxbirin ürəyinin hələ də köhnə komandasında olub - olmadığını soruşmasına onun verdiyi cavab həm sadə, həm də zarafatyana idi: "Vallah Yasin formamı istədi, mən də çılpaq gəzəcək deyildim hər halda".

Bundan əlavə 11 Oktyabrdakı sensasiyalı İngiltərə-Türkiyə matçı əvvəli "Independent" qəzetindən bir müxbirin, rəqib futbolçuların matça çıxmama ehtimalı üçün nə düşündüyünü soruşmasına Sərgən özünə xas tərzdə cavab verib: "Boş ver! Gəlməsələr, üç xalı yorulmadan almış olarıq!".

Futbolçunun bu cavabına da qəzetlərdə geniş yer verilmişdi.

Sərgən Türk futboluna 15 il öz damğasını vurdu. Lakin onun futboldan kənar həyat tərzi onun milli komandada özünü göstərməyinə mane oldu.
Sergenin at yarışı ehtirası bir çox komandasında problem olmuşdu. Komanda yoldaşı Gökhan Keskin müsahibələrinin birində belə danışıb:
""Beşiktaş"a ilk gəldiyində onu mənim yanıma verdilər. Hələ 17 yaşında idi. "Götür bu uşağa göz qulaq ol, at yarışı oynayırmış" dedilər. Aradan iki həftə keçdi. Bir də baxdım mən, Metin və Sergen birlikdə at yarışı kuponu yazırıq".

Fahişəlik əməliyyatında adı hallandı - Cinayət təşkilatı lideri ilə əlaqə

2006-cı ildə "Barbie Operasyonu" adlı fahişələrin yaxalanması əməliyyatında adı hallanıb. Buna görə polisə ifadə verməli olub. Daha sonra mətbuata açıqlamasında:

“Subay bir insanam. Telefonum bir çox insanda var. Mənə hamı açıq şəkildə zəng edə bilir . Hər cür də danışa bilir. Ona görə veriləcək bir hesabım yoxdur. Bu mənim şəxsi həyatımdır. Mənə zəng etmiş ola bilərlər, mən də danışmış ola bilərəm, çox təbii bir şeydir bu”- deyə bildirib.
Bir ara qumar sevgisi və Sedat Peker (Türkiyədə mütəşəkkil cinayət təşkilatı lideri) ilə əlaqələri üzündən istintaqa cəlb edilib.
Hər fəsil yeni sevgili

Sərgən Yalçın bütün bunlarla yanaşı eşqbazlığı ilə də tanınıb. Türkiyə mətbuatı onu hər fəsil sevgili dəyişən biri kimi qələmə verib. 41 yaşında olmasına baxmayaraq subaylığı üstün tutur. Onun sonuncu sevgilisi Meksikalı model Marianna Lainez Boliodur. Bundan öncə isə özündən 17 yaş kiçik biri ilə sevgi macərası ilə gündəmə gəlmişdi.

Sərgən Yalçının ən komik anları:

Sərgən Yalçın, çox xoşlandığı bir qıza mesaj atmaq üçün yoldaşından kömək istəyibmiş. Yoldaşları da ona: "Bu dünyada iki kor tanıdım, biri səndən başqa heç kimi görməyən mən, digəri məni heç görməyən sən…"- deyə bir mesaj yazmasını tövsiyə ediblərmiş. Sərgən Yalçın da mesajın çox uzun olduğunu düşünüb və qısaldıb. Mesajın son halı belə olub: "Bu dünyada iki kor tanıdım biri sən, digəri də mən".
Bu barədə dostları Sərgənlə bağlı xatirələrində danışıb.

Vedat Okyar : "Sərgən, qaçmadığın üçün çox tənqid olunursan, nə deyirsən bu vəziyyətə?"
Sergen Yalçın : " Ya Vedat qardaş, mən qaçarkən yoruluram, bunu kimsəyə izah edə bilmirəm heç cür".

Müxbir: Heç, bir qol da olsa sevgilinə hədiyyə etdiyin oldumu?
Sərgən Yalçın: Eyni qolu iki fərqli qıza hədiyyə etdiyim belə oldu.

Müxbir: Sərgən yeni mövsümə başlayırsınız özünü necə hiss edirsən?
Sərgən: 2.7 kilo verdim özümü quş kimi hiss edirəm

Müxbir : Sərgən sevgilin səni göbəyindən öpmüş deyirlər nə deyəcəksən?
Sərgən Yalçın: Ən kral yerimdən öpmüş vallah!

Belçikayla keçirilən milli komandanın oyunundan sonra Platini onun üçün bunu deyib:

"Mən belə bir oyunçu görmədim oyuna girdi, 10 dəqiqədə bir asist etdi, bir qol vurdu və qırmızı kart gördü".

 

Publika.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail