"Beşiktaş" yeni transferini reallaşdırdı

27.05.2011 | 4789 dəfə oxunub

Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klubları növbəti transferlərini reallaşdırıb. Stadium.az xəbər verir ki, hər iki İstanbul təmsilçisi bir yerli futbolçuyla güclənib.
 
“Beşiktaş” “Gənclərbirliyi”nin gənc forvardı Mustafa Pektemek ilə sıralarını genişləndirib. “Ağ-qaralar” bu hücumçu üçün paytaxt klubuna 4 milyon avro transfer haqqı ödəməli olub.
 
Maraqlıdı ki, “Beşiktaş” Ankara təmsilçisinin birdən-birə iki futbolçusunu almaq istəyirmiş. Lakin qarşı tərəfin Mustafa Pektemek və Orhan Şam üçün 9 milyon avro tələb etməsi və güzəştə getmək istəməməsi “ağ-qaralar”ın sadəcə Pektemeklə kifayətlənməsinə gətirib çıxarıb.
 
Mustafa Pektemeki almaq üçün Türkiyənin digər nəhəngi “Fənərbaxça” də çalışırmış. Hətta klub prezidenti Əziz Yıldırım da bunu etiraf edib. “Sarı-lacıvərdlilər” də Pektemek transferində uğursuzluğa uğramalarına rəğmən, “Beşiktaş”ın ala bilmədiyi “Gənclərbirliyi”nin digər futbolçusu Orhan Şamı heyətinə qatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail