"Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi müəyyənləşdi
17.05.2011 | 6041 dəfə oxunub
Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib. Stadium.az xəbər verir ki, İstanbul klubu sabiq baş məşqçi Bernd Şusterin gedişindən sonra boş qalan postun həvalə olunduğu Tayfur Havutçu ilə yeni mövsümdə də işbirliyini davam etdirməyə qərar verib.
“Beşiktaş” bu haqda yaydığı rəsmi məlumatda yeni baş məşqçisi ilə “2+1” sistemi ilə sözləşmə imzalayıb. Qeyd edək ki, Tayfur Havutçu bu posta gətirilərkən onun mövsümün sonunadək fəaliyyət göstərəcəyi, yeni mövsüm üçün isə ünlü bir mütəxəssisin gətiriləcəyi iddia olunurdu. Lakin görünür bu mütəxəssisin komandaya Türkiyə kubokunu qazandırması klub rəhbərliyinin gənc çalışdırıcıya güvənməsinə şərait yaradıb.
Qeyd edək ki, “Beşiktaş” Superliqanın cari mövsümündə 33 turdan sonra 53 xalla 5-ci pillədə qərarlaşıb.