"Ali Sami Yen" mənim qolumla yıxıldı"

11.11.2012 | 4529 dəfə oxunub

Artıq 10 ilə yaxındır ki, "Fənərbaxça"nın formasını geyən Səlcuk Şahin maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, Şahin əvvəlcə kluba gəldiyi ilk günləri xatırlayıb: "Bura gələndə 21-22 yaşında gənc bir oyunçu idi. 10 ildə burada çox şey öyrənmişəm. Bir çox matçda forma geymişəm. Uzun illərdir Superliqada çıxış edirəm və çempionatı ən yaxşı tanıyan futbolçulardan biriyəm. Zaman-zaman ciddi zədələrim oldu. Amma bu gözümü qorxutmur. Əksinə, futbolun üzərinə getməyi sevirəm. Geridə qalan 10 il ərzində burada çox şey öyrənməklə yanaşı, komandaya fayda verdiyimi də əminliklə söyləyə bilərəm".

Təcrübəli futbolçu ayrı-ayrı vaxtlarda vurduğu mühüm qolları da xatırlayıb: "Kritik oyunlarda kritik qollar vurmuşam. Hətta çempionluğu qazandığımız matçlarda da fərqlənməyə imkan tapmışam. "Qalatasaray"la oyunlarda bir "Fənərbaxça"lı futbolçunun motivasiya olmasına ehtiyac yoxdur. Heç kim məndən inciməsin, amma ən əsas rəqibimiz "Qalatasaray"dır. Bu 105 ildir ki, belədir, yəqin ki bundan sonra da belə olacaq. Bu oyunlardakı atmosfer məni daha da motivasiya edir. Ümumiyyətlə, ajiotaj olan yerdə oynamağı çox sevirəm. "Ali Sami Yen"də "Qalatasaray"a vurduğum qolu heç vaxt unutmayacağam. 1:0 qalib gəldik və "Ali Sami Yən" mənim qolumla yıxıldı, bunu unutmaq qeyri-mümkündür".

Sonda Səlcuk öz mövqeyində ən çox bəyəndiyi futbolçuların adlarını açıqlayıb: "Mənim üçün dayaq yarımmüdafiəçisi hündür boylu, müdafiə baxıməndan güclü oynamağı bacaran biri olmalıdır. Türkiyədə belə futbolçular azdır. Yerlilərdən Tuqay Kerimoğlunun, əcnəbilərdən isə Patrik Vieyranın adını çəkə bilərəm".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail