Volkan Dəmirəl jurnalisiti döydü

28.05.2012 | 6046 dəfə oxunub

DÇ-2014-ün seçmə qrup oyunlarına Avstriyada hazırlaşan Türkiyə millisinin düşərgəsində xoşagəlməz hadisə yaşanıb. Stadium.az "sporx.com"a istinadən xəbər verir ki, məşqin olmadığı və futbolçulara istirahət verildiyi gün komanda şəhərə gəzintiyə çıxıb. Bu zaman millinin qapıçısı Volkan Dəmirəl fotoqrafa onun şəklini çəkməməyi söyləyib. Qarşı tərəf buna məhəl qoymayınca, Volkan yumruqlarını işə salıb. Nəticədə "Habertürk"ün fotoqraf müxbiri Vedat Danacı ilə dava ediblər. "Mən səni yazdım oğlum, səni evindən aldırmazsam, mən də Volkan Dəmirəl deyiləm" deyərək fotoqrafın üzərinə gedən Volkanı komanda yoldaşları və köməkçi məşqçi Tayfun Qorqud sakitləşdiriblər. 

Olaydan sonra Volkan hadisəyə belə şərh verib: "Bu günə qədər düz işini edən kimsəyə hörmətsizlik etmədim, ancaq mən də eyni hörməti qarşı tərəfdən gözləyirəm. Bu gün dadsız bir hadisə yaşandı. Jurnalist bir yoldaş icazəli günümüzdə foto çəkirdi. Komanda yoldaşlarımın söyləməsi ilə mən də yoldaşdan məni çəkməməsini ona söylədim. Jurnalist yoldaş digər jurnalistlərə xəbər verdi və sıxlıq oldular. Daha sonra "çəkmək necə olar gör" deyərək məni davaya təhrik etdi.  Hadisə tamamilə belə yaşandı. Mənə biri hörmətsizlik etmədiyi müddədə, heç kimə hörmətsizlik etmərəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail