Türkiyə futbolunu yasa boğan xəbər

10.04.2012 | 6220 dəfə oxunub

Türkiyənin təcrübəli məşqçilərindən Erdoğan Arıca dünyasını dəyişib. Stadium.az xəbər verir ki, uzun müddət xərçəngdən müalicə alan təcrübəli mütəxəssis vəfat edib. Onun vəfatı Türkiyədə dərin hüznlə qarşılanıb.

1954-cü il təvəllüdlü olan Arıca futbolçu karyerasında "Malatyaspor" (1971-1974), "Orduspor" (1974-1977), "Qalatasaray" (1977-1981), "Fənərbaxça" (1981-1986), "Diyarbakırspor" (1986-1987) ve "Sarıyer"də forma geyib. Məşqçilik karyerasında isə "Dardanelspor", "Aliağa", "Samsunspor", "Qaziantepspor", "Malatyaspor", "Gənclərbirliyi", "Çaykur Rizespor" və "Hacettepe"yə rəhbərlik edib.

Arıcanın vəfatından dərhal sonra "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" başda olmaqla, bir çox klub rəsmi saytları vasitəsi onun yaxınlarına və türk futbolsevərlərə başsağlığı verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail