Melo və Riera "Qalatasaray"ın heyətindən kənarlaşdırıldı

06.04.2012 | 5892 dəfə oxunub

"Qalatasaray"da dünən iki futbolçu - Melo və Rieranın dalaşmasından sonra bu gün baş məşqçi Fatih Terim jurnalistlərin qarşısına çıxıb. Stadium.az xəbər verir ki, baş məşqçi açıqlamasında bunları dilə gətirib:

"Komanda daxilində baş vermiş hadisəni mətbuatla, ictimaiyyətlə paylaşmaq istədik, ona görə də rəsmi açıqlama yayımladıq. Əgər biz rəsmi olaraq açıqlamasaydıq, kimlərsə hadisəni daha qabarıq, daha fərqli şəkildə ictimaiyyətə çatdıracaqdı. Bu isə "Qalatasaray"a daha da zərər verə bilərdi".

Terim daha sonra hər iki futbolçunun cəzalandırılacağını deyib: "Qalatasaray"ın qanunları var və bu qanunlar çərçivəsində hər iki futbolçu cəzalandırılacaq. Melo Rieranı vurub və Rieranın qaşı partlayıb. Xəstəxanaya aparıldı və müalicə olundu. Rieranın qaşına 4-5 tikiş vuruldu. Fiziki bir hadisə var və bu hadisəyə görə hər iki fubolçu cəzalandırılacaq. Onların çempionluq mübarizəsində bizimlə birlikdə olub-olmayacağına növbəti günlərdə aydınlıq gətirəcəyik və mətbuata bu barədə məlumat verəcəyik".

Baş məşqçi sonda onu da qeyd edib ki, hər iki futbolçu növbəti turda "Manisaspor"la keçiriləcək oyun üçün heyətə daxil edilməyəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail