"Çelsi"dən "Qalatasaray"ın qapıçısı üçün 25 milyon avro

04.04.2012 | 7611 dəfə oxunub

"Qalatasaray"ın qapıçısı Fernando Muslera "Çelsi"nin transferdəki əsas hədəflərindən birinə çevrilib. Stadium.az xəbər verir ki, London klubu uruqvaylı qapıçı üçün böyük məbləğdə ödəmə etməyə hazırdır. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məlumata görə, transfer üçün təxminən 100 milyon avro xərcləyəcək "Çelsi" istedadlı qapıçının transferinə görə "Qalatasaray"a 25 milyon avro təklif edəcək. "Qalatasaray"ın baş məşqçi Fatih Terim isə 25 yaşlı futbolçunun komandada qalmasını istəyir.

Türkiyə mətbuatının yazdığına görə, təcrübəli mütəxəssis Fernando Muslera ilə görüşüb və ona Avropada uğur qazanmaq üçün komandada qalmasını istədiyini bildirib. Bu proseslərdən sonra Musleranın və "Qalatasaray" rəhbərliyinin hansı qərarı qəbul edəcəyi maraqla gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail