Stadium.az xəbər verir ki, "Football Lekas" 2017-ci ildə "Yuventus"la Çempionlar Liqasının final matçından bir gün öncə "Real"ın kapitanı Serxio Ramosun qanında dopinq tapıldığını, ancaq UEFA-nın bunu gizlətdiyini ortaya çıxarıb. "Real" cəbhəsi isə bu məlumatı təkzib edib. "Kral klubu" Ramosun testlərində həkimlərin yanlışlığa yol verdiyini və məlumatları düzgün qeyd etmədiklərini bəyan edib.
Sözügedən matçda "Real" "Yuventus"a 4:1 hesabı ilə qalib gəlmişdi.