Stadium.az xəbər verir ki, ispan mütəxəssis argentinalı ulduzu transfer etmək üçün heç vaxt çalışmadığını deyib: "Barselona"dan sonra "Bavariya"nı çalışdırdım və indi də "Mançester Siti"dəyəm. Heç vaxt klub rəhbərlərinə Messini almalarını istəməmişəm. Heç vaxt Messi üçün təklif göndərməmişik. Leonun "Barselona" üçün nə qədər önəmli olduğunu bilirəm. Min dəfə demişəm ki, Messi komandasında qalmalıdır. Onu almaq istəməmişəm. Həqiqətən də istəyirəm ki, karyerasını "Barselona"da davam etdirsin".
47 yaşlı mütəxəssis 2008-2012-ci illərdə "Barselona"da çalışıb.