"Bavariya"nın Kovaçı seçmə səbəbi məlum oldu

15.04.2018 | 2476 dəfə oxunub

“Bavariya”nın prezidenti Uli Heness baş məşqçi vəzifəsi üçün Niko Kovaçı seçmələrinin səbəbini açıqlayıb.

Stadium.az xəbər verir ki, o bildirib ki, Münhen klubunun hazırkı çalışdırıcısı Yupp Haynkesin mövsümün sonunda komandadan ayrılmaq istəməsi və Tomas Tuxelin təklifə “yox” deməsi onları bu cür addım atmağa məcbur edib:


“Öncə ümidsiz axtarış aparırdıq. Uzun müddət Hasan Salihamidziçlə (“Bavariya”nın idman direktoru) Haynkesi komandada qalması üçün razı salmağa çalışdıq. Amma gedəcəyini biləndən sonra fikrimizi hazırda işsiz olan Tomas Tuxelə yönəltdik. O isə bildirdi ki, artıq qərarını verib. Hə, buna görə üzüldük, amma şoka düşmədik. Bir neçə gündən sonra yenidən bir araya gəldik və qərar verdik ki, başlıca namizəd Niko Kovaçdır. Hər şey bu cür baş verdi”.

Kovaçla analaşan “Bavariya” mövsümün sonunda xorvatiyalı mütəxəssislə 3 illik müqavilə bağlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail