"Slovan"ın baş məşqçisi: "Bakıdakı oyun yadımızdan çıxmır"
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin V turunda "Slovan"la qarşıalaşcaq.
Stadium.az Futbol11.az saytına istinadən xəbər verir ki, oyundan bir gün öncə təşkil edilmiş mətbuat konfransında çıxış edən çexlərin baş məşqçisi Yindrix Trpişovski matçla bağlı fikirlərini bildirib.
- Milan Barıoş sabahkı qarşılaşmada iştirak edəcək?
- Bizim üçün hər oyun çox önəmlidi. Təəssüf ki, Barış sabahkı qarşılaşmada iştirak etməyəcək.
- Şəhərdə gəzdik, müəyyən müşahidələr apardıq. Ancaq gözləmədiyimiz mənzərə ilə qarşılaşdıq. Şəhər sabahkı oyunla yaşamır. Buna səbəb nədir?
- Fikrimcə, yerli sakinlər oyuna hər zaman maraq göstərir. Soyuq münasibətin 4 oyundan sonra qazandığımız 1 xala aidiyyatı yoxdu. Biz şimalda yerləşirik. Buna görə də azarkeşlərimiz istiqanlı deyil.
- Bakıda gülərüz görünürdüz. Amma bu gün nədənsə fikirlisiz...
- Təbii ki, fərq var. Oyundan öncə hisslər qaçılmazdı. Həmin vaxt bizim ilk oyunumuz idi. İndi isə dərdlərim çoxdu. Kifayət qədər zədəli futbolçum var.
- Qrupdan iki komandanın növbəti mərhələyə çıxması daha real görünür. Bunlar "Fiorentina" və "Qarabağ" komandalarıdı. Möcüzəyə inanırsız, yoxsa artıq ümidiniz tükənib?
- Mənim artıq 40 yaşım var. Balaca uşaq olanda möcüzələrə inanırdım. Yaxşı oynasaq, "Qarabağ"a qalib gələ bilərik. Bizim üçün mərhələ adlamaq yüksək nəticədi. Bu il isə çox xal qazana bilmədik. Əvəzində isə klubun büdcəsini artıra bildik. Çalışacağıq ki, "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansını çətinləşdirək. Daha çox ad-san üçün oynayacağıq.
- Çempionatdakı böyükhesablı məğlubiyyətdən sonra sabahkı oyuna futbolçuları necə motivasiya edəcəksiz?
- Bu, mənim ən pis ilimdi. Ev oyunlarında qalib gələ bilmədik. İnanıram ki, son ev oyunumuzda qələbə qazanacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bu sual zarafatyanadı. İki il bundan öncə "Qarabağ" qrupdan çıxmağa çox yaxın idi. Ancaq yerliniz Miroslav Zelinka Milan "İnter"inə vurduğumuz təmiz qolu qeydə almadı. Bəlkə, bunu nəzərə alaraq, bizə jest edəsiz?
- Mən ancaq öz komandama qalib gəlmək üçün kömək edə bilərəm (gülür)
- "Qarabağ"la Bakıda keçirilən oyunda qələbəni son dəqiqədə əldən verdiniz. Daha sonra Azərbaycan klubu 2 qələbə qazanmaqla qrupdan çıxmağa yaxındı. Rəqibiniz müsbət nəticə qazanıb, qrupdan çıxmağı təmin etsə, bu, onların haqqıdı, yoxsa təsadüfi nəticədi?
- Hər qələbə böyük işin nəticəsidi. Bakıdakı oyun yadımızdan çıxmır. O oyun bizim üçün çox həlledici oldu. Daha sonra zəifləməyə başladıq. "Qarabağ"ın güclü olduğunu son 10 dəqiqədə hiss etdik. Hər qələbənin arxasında böyük zəhmət durur. Buna görə də nəticəni təsadüf adlandırmazdım. Bu, "Qarabağ"ın haqqıdır!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |