"Məsələyə yanaşanda deməliyəm ki, ağ elədim. Təəssüf edirəm, Emre Mor qırmızı vərəqə görməməli idi".
Stadium.az xəbər verir ki, bu sözləri "Hertha Berlin"in futbolçusu Sebastian Lanqkamp söyləyib. Emre Morla mübarizədə qaydanı pozan futbolçu günahını etiraf edib.
1:1 başa çatan matçın 84-cü dəqiqəsində Lanqkampla mübarizə zamanı qayda pozuntusu müqabilində dayandırılan Emre rəqibini itələyərək meydandan qovulub.