Rusların barbarlığı və onlara verilən “dərs”

27.09.2015 | 3948 dəfə oxunub

Rusiya çempionatının 10-cu turunda keçirilən "Spartak" - "Zenit" oyununda (2:2) yenə də insident yaşanıb.

Stadium.az xəbər verir ki, azarkeşlər irqçi hərəkətlə yadda qalıblar. Bu dəfə rasizmin qurbanı "Zenit"in futbolçusu Halk olub. Halk əvəzlənərkən, azarkeşlər onu irqçi təhqirə məruz qoyublar. Futbolçu bu barbarlığa sərt reaksiya verməyib. O, bu təhqirə sadəcə, tribunalara öpüş jesti göndərməklə reaksiya verib. Halk oyundan sonra baş verənlərə belə münasibət bildirib:

"Çox təəssüf ki, tribunalarda rasizm davam edir. Bu məsələni qabartmaq istəmirəm, çünki indiyə qədər bununla bağlı çox danışımışam. Belə təhqirlərə öpüşlə və meydandakı oyunumla cavab vermək istəyirəm. Bu cür hərəkətlər hətta müzakirə olunmağa belə layiq deyil".

Rusiya stadionlarında baş verən rasizm hərəkətləri FİFA-nın da diqqətindədir. FİFA 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatı zamanı belə hərəkətlərin olacağından narahatdır. Ali futbol qurumu Rusiyaya bu məsələ ilə bağlı mübarizə aparmağı tövsiyə edib. Görünür, mübarizənin effekti yoxdur, ruslar barbarlıqlarından qalmırlar. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail