Cerard açıqladı: "Oynayacağım yerdə "Liverpul" rəqibim olmayacaq"

02.01.2015 | 3896 dəfə oxunub

Stiven Cerardın "Liverpul"dan ayrılacağı dəqiqləşib. Stadium.Az xəbər verir ki, 34 yaşlı əfsanə klubun rəsmi saytına açıqlamasında yayda komanda ilə vidalaşacağını təsdiqləyib. Cerard bu bu cür qərar qəbul etməyin çox çətin olduğunu söyləyib:

"Həyatımın ən çətin qərarı oldu. Açıqlamanı indi vermək istədim. Çünki mövsüm ərzində çıxan söz-söhbətlər komandaya ziyan vura bilər. "Liverpul" həyatımın böyük bir hissəsidi. Ona görə də "əlvida" demək çox çətindi".

Təcrübəli yarımmüdafiəçi karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı isə bunları deyib: "Oynamağa davam edəcəm. Hazırda harada oynayacağımla bağlı bir söz deyə bilmərəm. Amma bunu nəzərinizə çatdırım ki, oynayacağım yerdə "Liverpul" rəqibim olmayacaq".

Sonda Cerard "Liverpul" azarkeşlərinə təşəkkür edib: "Qəbul etdiyim qərar sadəcə, karyeramda fərqli həyəcan yaşamaq istəyimlə bağlıdı. Sonradan peşman olmamaq üçün bu addımı atdım. Son olaraq "Liverpul"u dəstəkləyənlərə mesajım var: siz dünyanın ən yaxşı azarkeşlərisiz".

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Cerardın karyerası ancaq bu komanda ilə bağlıdı. 1998-ci ildə "mersisaydlılar"ın əsas heyətində debüt edən yarımmüdafiəçi 494 oyunda meydana çıxıb və 116 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail