Foqtsdan hər kəsə bir “qapaz” -KÖŞƏ

10.03.2012 | 15240 dəfə oxunub

Rövnəq Abdullayevin yenidən AFFA prezidenti seçildiyi dünənki gündə, hesabat-seçki konfransı bəndənizi qəti maraqlandırmırdı. Nəticə etibariylə dəyişəcək bir zadın olmayacağı əvvəlcədən məlum idi. Naməlun qalan isə qəti heç nə qalmamışdı.

Amma konfransdan sonra maraqlı açıqlamalar oldu. Klub rəhbərlərindən Tuyqun Nadirovun heç kimdən çəkinməyərək seçki barədə söylədiyi fikirlər maraq doğurdu. Nadirov “Peykannı”da tək klub rəhbəri oldu ki, özündə cürət tapıb məsələlərə doğru tərəfdən baxaraq münasibət bildirdi.

Daha çox da maraq doğuran isə Berti Foqts oldu. Foqts əkə bir daha Azərbaycan xalqına hörmətsizlik nümayiş etdirdi. Özü də AFFA prezidenti Rövnəq Abdullayevin şad günündə. “Burada işləməkdən qürur duysam da, Azərbaycan himninin sözlərini öyrənmək mənə maraqlı deyil” deyən Foqtsan nə başa düşək?

Abdullayevə prezident seçilməyiylə bağlı “hədiyyə?”. Yoxsa mədəni yolla “onsuz da burada sizləri “loxlayıb” pulunuzu alıram, himniniz nəyimə lazımdır” demək istədi?  Əsas odur ki, kişi dediyini dedi. Daha doğrusu “soxdu”. Təbi ki, bu sözlər Azərbaycan dilində normal danışa bilməyən bəzi AFFA rəhbərlərinin bu qulağından girdi, digərindən də çıxıb getdi. Çünki onlara Foqtsun təhqirləri yox, onun illik qazancından özlərinə çatacaq paralar mənfəətlidir. Amma bilməlidirlər ki, özünə azərbaycanlı deyən hər kəs üçün bu sözlərin təhqirdən heç bir fərqi yoxuydu.

Amma bilmirlər, başlarına qapaz vurmaqla öyrənəsi deyillər ki...

Əsil qapaz isə Foqtsun sözləri idi. Kim ki, buna görə Foqtsa bir söz deməyəcək, heç deməsin, atsın “peysərə”, sonrlar lazım olar.

Boş yerə deməyiblər ki, “ehtiyat igidin yaraşığıdır”.

Vüsal Gözəlov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail