Niyə Tale Heydərov?

21.02.2012 | 19118 dəfə oxunub


Bu dəfə AFFA prezidentinin kim olacağı insanlarda çox maraq doğurmur. Çünki bunun kim olacağı əvvəlcədən məlumdu. Bəndənizə sorsaz, Rövnəq Abdullayevin AFFA prezidenti olmasının əleyhinə getməz. Onda soruşacaqsız ki, bəs dərdin nədir?

Son dönəmdə jurnalistlərdən bəziləri televiziyada, qəzetdə, nə bilim, saytda hansısa səbəblərə görə (Amma hansı səbəbə? Məlum deyil!) təklif irəli sürürlər ki, Tale Heydərov AFFA başqanı olsun. Olsun, biz söz demirik, amma hansı səbəb(lər)dən?

***

Eşitdiyim qədəriylə, Tale bəy əxlaqlı insandı, vətənpərvər övladdır, hər bir şeyin yerini biləndir. Amma bu insan futbol adamı deyil.

***

Nə olsun ki, “Qəbələ” klubunun prezidentidir. Bu, heç bir əsas vermir ki, Tale bəy AFFA prezidenti olsun!

***

Tale Heydərovun prezidenti olduğu “Qəbələ” klubu onun rəhbərliyi altında hansı uğuru qazanıb? Heç bir uğur falan yoxdu!

***

Yoxsa elə bu səbəbdən?

***

Bəlkə “Qəbələ”nin futbolun gələcəyi üçün infrastruktur yaratmasına görə? Hələ bilmək olmaz, gələcəkdə oradan lazımlı futbolçu çıxacaq, yoxsa əksi olacaq.

***

Bəlkə, “Qəbələ” klubun yarıtmaz transfer siyasəti kimlərəsə xoş gəlir?

***

Yoxsa, Toni Adamsın Azərbaycana gətirilməsi, əvəzində ona milyonlar verilməsi, qarşılığında da heç nə olmayıbmış kimi klubdan qovulmasını  uğur sayırsız?

***

Hörmətli jurnalist, futbol klubu prezidentinin futbolda heç bir uğuru olmadan, bu insanın AFFA prezidenti olmasını hansı əsasla, məntiqlə əsaslandırırsız ki, o, AFFA prezidenti olsun?

***

Yoxsa, reklama gərəyi olmayan insanın reklamını aparmağınız onun soyadının Heydərov olması səbəbindəndir? Nə bilmək olar, bəlkə Tale bəyin adının siz(lər) tərəfindən tez-tez hallandırılması siz(lər)ə gələcəkdə böyük perespektiv vəd edir?

***

Əgər belədirsə, pardon, gərək bu mövzuya heç toxunmayaydım.

Çünki “bura Bakıdır” dediyimiz, Bakının paytax adını daşıdığı Azərbaycanda kimisə reklam etməsən, qabağa getmək çətin məsələdir. Buna görə başa düşmək olar!

P.S. Özünə jurnalist deyən, bitərəf olduğunu iddia edən bir qələm sahibinin hansısa futbol adamını reklam,  onun piyar işini aparmağa cəhd etməsi yaxşı hal deyil. Yox, bu adam hər rüb bir kişinin piarını aparmağa cəhd edirsə bu, qəti bəyənilmir!..


Pərviz Muradov


  #6   Adınız: Perviz ;   E-mail: ---

21.02.2012 22:33

Oz aramizdi, Misir Ebilov varianti pis deyil a ))))

  #5   Adınız: Forza Neftcili;   E-mail: ---

21.02.2012 22:31

Məncə AFFA prezidenti Sadiq Sadiqov olmalidi. Bu adamin
"Neftci"de gorduyu isler tam göz qabağındadı. Sadıq müellim
AFFA prezidenti olsa, futbolumuz sağlam ellerde olar, kimese
islemez. Her addim da duzune, hallalıqla atilar. AFFA
prezidenti Sadıq Sadıqov olsun!

  #4   Adınız: Hebib ;   E-mail: ---

21.02.2012 22:29

İnanmiram ki, indiki dovrde kimse AFFA prezidenti olub
futbolumuzu inkisaf etdire. Butun dunyada futbola biznes kimi
baxirlar. Bizde ise basci ancaq cibinden pul xercleyir. Ne
qederki bele davam edecek, inkisaf da olmayacaq.

  #3   Adınız: Sanka;   E-mail: ---

21.02.2012 22:27

Men teklif edirem AFFA prezidenti Misir Ebilov olsun. Tam
ciddi sozumdu a, zarafat kimi basa dusmeyin))))

  #2   Adınız: Vaqif Pasa;   E-mail: ---

21.02.2012 22:26

Deye bilmerem ki yazi superdi, amma movzu ela secimdi. Sozun
duzunu yazdiqiniz ucun size bravo dusur. Amma size bir soz
deyim ki, Azərbaycan futbolu hec Rövnəq Abdullayevdən də xeyir
görməyəcək!!!!!!!!!!

  #1   Adınız: hesenov teymur;   E-mail: [email protected]

21.02.2012 10:39

piar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail