"Qəbələ" danışmalı, yoxsa "Qarabağ"dan örnək almalı?

17.04.2013-cü il,
"Baksel-Arena" "Neftçi" - "Qarabağ" (2-1) kubokun ilk görüşü. O dövr üçün
"Neftçi"nin heyəti güclü olsa da, "Qarabağ" oyuna elə köklənir
ki, aradakı səviyyə fərqi meydanda heç də hiss olunmur. İkinci hissədə Vuqar Nadirov hesabı açır, oyunun gedişatı
konkret "Qarabağ"ı qələbəyə aparırdı. 61-ci dəqiqədə oyunun baş hakimi (səhv etmirəmsə, Anar Salmanov) "Qarabağ"ın qapısına əndərəbadi
penalti verir - hesab bərabərləşir.
Son dəqiqədə daha 1qol vuran "Neftçi" qələbə
qazanır. Hər kəs məlum epizoddan
danışır, amma və lakin "Qarabağ" rəhbərliyi susurdu. Hadisələrə daha
səbrli mövqe nümayiş etdirirdi. Cavab görüşündən 1-2 gün əvvəl komanda rəhbərliyi
ilə azarkeşlər arasında görüş təşkil olunur. Klub prezidenti Tahir Gözəldə
görüşdə iştirak edir. Həm də masanın baş tərəfində yox, elə azarkeşlərlə yanaşı
əyləşir. Müzakirələrə start verilir. Azarkeşlərin mövqeyi birmənalı olaraq belə
olur: Hakimlər oynamağa imkan vermirlər. ( O dönəmlər "Neftçi" rəqiblərindən
güclü olsada, xeyirlərinə hakim səhvləri tez-tez olurdu) Başqanında cavabı birmənalı
olur: Buraxaq hakimləri öz vicdanına, siz deyin, görək, cavab görüşündə nə edək ki, turu keçən biz
olaq?!
Təkliflərdən dolayı oyunun vaxtı axşam saatlarına
salınır, azarkeşlərin stadiona axını üçün əməli işə start verilir. Tribunalarda
yetəri qədər "Qarabağ" azarkeş cəmlənir.
Klub prezidenti hər kəsi cavab görüşünə elə kökləyir
ki, artıq, hakim səhvi yada düşmür. Bu "Qarabağ" rəhbərliyinin,
sıravi işçisinə kimi hər kəsə hopdurduğu bir mövqedi, həm də, dəyişilməyən
mövqe. Nə lehinə, nə də əlehinə olan qərarlarda.
Hörmətli "Qəbələ" rəhbərliyi, hay-küy
salmaqla, hər dəfə oldu-olmadı hakimlərdə səhv axtarmaqla, paylaşılan “skrnlərlə”,
"Sumqayıt"dan, "Zirə"dən 90+4-də qol buraxmaqla çempionluq əldə
olunmur. Əskikləriniz var, onları aradan qaldırsanız, əmin olun, çempion da olarsız, qrupda xallarda
yığarsız. Biraz da, "Qəbələ"nin
Roma(n) papasına təpinin. Təpinin, deyin ki, Arazı dedin, aldıq, Subotiçi dedin, aldıq, daha nə istəyirsən? Olmaya növbəti
istəyi hakimləri almaqdı? Onda sual verin ki, sən nə günəsən "Qəbələ"də?
Bu, Roma(n) papasına bir sorum da mənim var. Ondan soruşmaq gərəkir, “Qarabağ” – “Neftçi” oyunundakı hakim idarəçiliyinə “gülməlidir” deyəndən sora, AZAL-la “Qəbələ”dəki oyunda qapınıza verilməyən penala “susmaq” “gülməlidir”, yoxsa “ağlamalı”?
Xanoğlan İmanov
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |