Görəsən inqilab beləmi olur?

İnqilaba
az qalıb, lap az. Bir neçə gündən sonra elə bir həngamə qopacaq ki, bütün dünya
Azərbaycandan danışacaq. Rayonları bilmirəm, amma Bakıda camaatın söz-söhbəti
elə bu hadisə barədədi. Xanımların Novruz bayramı hazırlıqları, kişilərin
Türkiyə-Rusiya münasibətlərinin təp-təzə durumu, nöyütün yeni qiyməti və
dolların məzənnəsi ilə bağlı müzakirələri çoxdan arxa plana keçib. Avtobusda,
tibb mərkəzlərindəki növbələrdə, xınayaxdıda, şalvarkəsdidə ancaq qarşıdakı
inqilabi dəyişikliklərdən danışılır.
Bizim
camaat belədi də, səhər-axşam, axşam-səhər elə futbolla nəfəs alır. Qazandığı
uğurlarla “Neftçi”nin tarixinə düşən və bu klubun ən güclü tənqidçisi Böyükağa
Hacıyev demişkən, futbolu yorğanın altında gizlətmək olmur. Ona görə də
paytaxtın hər yerində söhbət AFFA-nın
gözlənilən növbəti Hesabat Seçki Konfransından gedir. Camaat elə şeylər danışır
ki, qorxudan və təəccübdən adamın nəfəsi tıncıxır.
Əgər
həqiqətən də onlar deyən kimi olsa, inqilabdan qaçmaq mümkün olmayacaq. Camaat
deyir ki, guya bu konfrans öz mühüm qərarları ilə təkcə AFFA-nın deyil,
ADDF-nın, yəni Asfaltda Dağa Dırmanma Federasiyasının da tarixinə düşəcək. Özü
də sözsüz ki, qızıl hərflərlə.
Ağızdan-ağıza
eşitdiklərimdən belə başa düşürəm ki, konfransda bir-birindən maraqlı qərarlar
qəbul olunacaq. Götürək elə evlilik məsələsini. Dərhal üstümə gəlməyin,
evliliyin futbola birbaşa dəxli var. Daha doğrusu, inqilab qoxulu konfransdan
sonra olacaq. Guya, qərarda son iki ildə Topaz Premyer Liqasının oyunlarını
stadionlardan canlı izləməyən oğlan uşaqlarına qız vermək qadağan olunacaq. Qız
evinin elçiliyə gələn oğlan tərəfindən bir ucu kəsilmiş futbol bileti tələb
etmək səlahiyyəti olacaq.
Hələ
bu harasıdı, qarşıdakı konfrans “Leyli və Məcnun” şadlıq sarayının filialı - Bakı
Olimpiya Stadionu barədə də önəmli qərar qəbul edəcək. Stadionda toy eləmək
istəyən cütlüklər müqavilə bağlamalı olacaqlar, müqavilə bağlayandan sonra
öhdəlik götürəcəklər. Olimpiya Stadionundakı vur-çatlasından, çal-oynasından
sonra doğulan uşaqlar 3 yaşından 13 yaşınadək AFFA-nın futbol seksiyalarına
yazılmalıdırlar. Bu şərtlə razı olmayan cütlüklərə Olimpiya Stadionunda toy
nədi, heç nişan mərasimi də keçirməyə icazə verilməyəcək. Bəs nə bilmişdin, toy
edib 1500 adamı stadionda “Barı Naxçıvan”, “Bakılı balasıyam”, “Can Qarabağ”,
“Lalədi, reyhandı, güldü Lənkəran” mahnılarının sədaları altında oynada
bilirsən, uşağını isə futbol oynamağa qoymursan...
Konfransın
hakimlərlə bağlı mühüm qərarı olacaq, vallah camaat belə deyir. Guya AFFA
hakimlərlə bağlı gündən-günə artan, Zirədən tutmuş Tovuza qədər eşidilən
narazılıqdan cana doyub. Deyilənə görə inqilabi konfransın qərarı ilə növbəti
mövsümdən referiləri oyunlara Hakimlər Komitəsi deyil, ASAN Xİdmət təyin edəcək.
Hələ bu da son olmayacaq, oyun bitəndən
sonra keçirilən mətbuat konfranslarında hakimdən narazılıq edən baş məşqçilərin
qardaşlarına özəl banklardan kredit almaq yasaqlanacaq.
Bizim
camaat da birinin üstünə beşini qoymağı qədimi dövrdən, lap PFL yaranan gündən
çox xoşlayır. AFFA-nın növbəti Hesabat Seçki Konfransı barədə elə şeylər
danışırlar ki... Sözün açığı, bəzilərinə heç inanmağım gəlmir. Amma elin sözü
əvvəl-axır düz olsa, həqiqətən də bir neçə gündən sonra inqilab baş verəcək.
Cəmi bir neçə gündən sonra...
Etibar
Cəbrayıloğlu
“Het-trik
news”
qəzeti
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |