Ramin Musayev dedi və ... - YAZI

06.01.2016 | 16808 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Xəzər TV”də yayımlanan “Futbol Saatı” proqramındakı çıxışını xatırlamamış olmarsız. Musayev proqramda açıqcasına bildirdi ki, “Qarabağ”dan başqa Premyer Liqada çıxış edən 9 klubun onlara borcu var. Əgər bu komandalar borclarını ödəməsələr, həm yeni transferlərinə lisenziya verilməyəcək, həm də, hətta aktivlərindən xal(lar) da silinə bilər. Bundan sonra aləm qarışdı. Borcu olan komandalar müxtəlif üsullarla PFL başqanına təsir etməyə başladılar. Hətta bildirildi ki, PFL klublara belə cəza tətbiq etməyə qadir qurum deyil, bunu ancaq AFFA İntizam Komitəsi edə bilər.

Hətta, hətta AFFA da özünə yaxın saytlarda mənbəsiz, amma öz adından xəbər yazdırdı ki, PFL prezidenti səhv edir, belə şey ola bilməz.

Amma, amma sən saydığını say, gör Ramin Musayev nə edir!..

Bir qədər əvvəl isə AFFA öz saytı vasitəsiylə xəbər yayıb. Xəbərdə bildirilir ki, PFL İntizam Komitəsinə məktub ünvanlayaraq, Premyer Liqada çıxış edən klubların (“Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.

İntizam Komitəsinin qərarı

Eyni zamanda PFL  təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə də İntizam Komitəsinə müraciət edib. Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı  İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edir:

•           yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.

•           hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).

•           Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.

Haqsız hesab edilən Ramin Musayev haqlı olduğunu, boş yerə söz demədiyini elə AFFA vasitəsiylə klublara sübut etdi, göstərdi. Qaydalar bir yana,  AFFA-ya arxalanan klublara qarşı bu hərəkət bir güc göstərisidir sanki. Musayev sanki bununla AFFA-da kiməsə arxalananlara dedi ki, sizi bilmirəm, mən AFFA-da ən böyüyə arxalanıram, sözüm, sözdü!

Ramin Musayev dedi, etdi. Yəni bir daha göstərdi ki, boş yerə nəsə demir. Musayev adətən gülə-gülə danışır. Necə deyərlər, pambıqla baş kəsir. Elə bu dəfə də elə oldu, cammat onu “neprav” çıxartmağa hazırlaşırdı ki, baronluqdan gələn xəbər keflərə soğan doğradı. Musayev göstərdi ki, onun “Kalxoz”una tabe olmaq lazımdır. Day hər xırda işə görə “Şura Hkuməti”ni işə qatmaq lazım deyil.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail