"Bakı" nın barını "Bakı"sız yeyirlər - YAZI

Yaxın keçmişdə "Bakı"
adlı klubumuz var idi. Yox, yanlış anlamayın, indi də var, amma o var başqa var
idi ha. Həqiqətən. “Bakı” ölkə daxilində uğurlar qazansa da, Avropa səhnəsində
bir nəticə əldə edə bilməmişdi. Amma bu komandanın Avrokuboklarda ilk “play off”
oynayan komandamız olmasını da unutmaq lazım deyil.
Sözümün məcrasın dəyişməyim, o
varda, Hafiz Məmədov var idi. O varda, Madrid "Atletiko”su və “Lans” kimi
klublarla əməkdaşlıqlar var idi. Çempionluqlar var idi. O varda “Bakı”nın “Land
of Fire Azerbaijan” brendi ilə Azərbaycanı dünyaya tanıtması var idi. O varda
ölkədə bütün futbolçuların “Bakı”ya can atıb orda oynamaq istəməsi var idi. O
varda ölkədə ən yaxşı baza və infrastruktura sahib, uşaq akademiyasına malik
olan komanda var idi.
Saysam, daha nələr var idi, nələr.
Amma bir məqam var ki, o var, indi
də var. Özü də o varlar arasında sonuncu yazdım ha, bax həmin varda var. Ancaq
"Bakı"sız var. Söhbət "Bakı"nın Premyer Liqa klublarına
səpələnən gənclərindən gedir. İllər öncə "Bakı" bu günlərin
planlarını qurub o gəncləri öz akademiyasında yedirdib, içirdib, nə lazımdırsa
əziyyətini çəkmişdi. Amma hər şey tam başqa cür oldu. Əslində, hər şey
"Bakı" istədiyi və düşündüyü kimi oldu, amma "Bakı" özü var
olaraq qalmadı. "Bakı" indi I Divizionda gün keçirsə də, o gənclər
var olaraq qaldı. O gənclərin çoxu təkcə "Bakı"nın yox, həm də
futbolumuzun bugünü oldu. Kaş ki, "Bakı" futbolumuzu düşündüyü qədər,
kimlərsə də "Bakı"nı düşünə biləydi. O zaman futbolumuz
"Bakı"nın barını "Bakı"sız yox, "Bakı" ilə
yeyərdi. Amma yenə də gec olmadan bu qədər doğru bir yol seçmiş, ancaq o yolu
sonuna qədər gedə bilməyən "Bakı"nı yoluna qaytarmaq olar. Bunun üçün
isə ölkə futbolunun baronu cənab Rövnəq Abdullayev katibi baş Elxan Məmmədovun “Bakı”ya
qurduğu “planın” üstündən bir qara xət çəkməlidir. Cənab baron, “Bakı” onsuz da
sizin idi, gənc xanımların dünya çempionatında ayıbınızı örtən məhz Hafiz
Məmmədovun “Bakı” üçün inşa etdirdiyi və təmənnasız sərəncamınıza verdiyi baza
idi. O baza onsuz da sizing idi. Yoxsa, Hafka nə zamansa bazadan istifadə üçün
sizdən icarə haqqı istəmişdi? Niyə bir əbləhin sözüylə, hiyləsiylə bu boyda
bazaya, akademiyaya, infrastruktura sahib bir komandanı gözdən çıxartdız?
Ayılın, cənablar! Sizlərin ölkə futboluna vermək istədiyiniz, amma verə bilmədiyiniz xeyri "Bakı"çox qısa bir vaxtda verə bilmişdi. Yoxsa bunu həzm edə bilmədiz? Dərdiniz bu idi? Onda özgə gözündə qıl axtarınca, öz gözünüzdəki payanı çıxardın qoyun kənara. Bəlkə bir şey görə bildiz. “Bakı”nın ölkə futbolu üçün etdiklərinin çox sağolu I Divizionda oynamaq idimi? "Bakı"nın barını "Bakı" ilə bərabər yemək ümidi ilə həmin o meyvələrə bir də diqqət edək. "Bakı"nın Premyer Liqa klublarında olan futbolçularına diqqət edək.
“QARABAĞ”
Mədətov Mahir - 1997-07-01
Mustafayev Vüqar - 1994-08-05
Ələsgərov Namiq - 1995-02-03
“QƏBƏLƏ”
Vadim Abdullayev
“NEFTÇİ”
Məmmədov Aqil - 1989-05-01
Hacıyev Rəhman - 1993-07-25
“XƏZƏR LƏNKARAN”
Rzazadə Elşən - 1993-09-11
“RƏVAN”
Bəybalayev Vüqar - 1993-08-05
Qürbətov Tural - 1993-03-01
“ZİRƏ”
Əhmədov Hacı - 1993-11-23
Novruzov Nurlan - 1993-03-03
Hüseynov Eltun - 1993-02-27
Ülvi Sülüymanov - 1996-01-06
“KƏPƏZ”
Kərimov Azad - 1994-10-31
Əliyev Şəhriyar - 1992-12-25
Nəsirov Budaq - 1996-07-15
Bəxtiyar Soltanov - 1989-06-21
KLUBSUZ
Elşad Manafov
Cənab baron, siz başqan olduqdan sonranın məhsuludur bunun hamısı. Hansı klubumuz sizin başqanlıq dönəminizdə ölkə futboluna bu qədər futbolçu verib? İnsaf da dinin yarısıdır deyirlər. Heç olmaya bu işin sizin üçün olan müsbət yönlərin düşünün. Və siz Elxan Məmmədovun canı düzün deyin, belə kluba qıymaq (keçirtmək) olarmı?
Xanoğlan İMANOV
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |