«Bığ Ramiz»in əhvalatından yaranan Faiq Cabbarov yazısı

22.01.2011 | 27137 dəfə oxunub

Azərbaycan futbolunda Ramiz adlı o qədər də çox insan yoxdu. Amma biri var ki, onu çoxları tanıyır. Bu insana futbol adamlarının çoxu «bığ Ramiz» deyir. Bu «bığ Ramiz»in bir yaxşı əhvalatı var. Deməli, günlərin birində,rnbu «bığ Ramiz» yaxın yoldaşlarla oturublarmış bir yerdə, çaylayırlarmış. Birdən məşqçilərdən biri söhbətin müzakirə mövzusu olub. Söhbətə qarışan «bığ Ramiz» sözü danışılan məşqçiyçə çox yaxşı qiymət verir: «məşqçiliyini bilmirəm, amma yaxşı qutab yeməyi var».

rnrn

«Bığ Ramiz»in sözü olmasın, bu Faiq Cabbarovun məşqçiliyini bilmirəm, amma yaxşı danışmağı və pul yeməyi var. Özü də elə danışır ki, sanki İmam Zamanın sağ əli olacaq.

rnrn

Faiq Cabbarovun son iş yeri olan «Şəmkir»dən qovulması barədə məlumatınız var, yəqin. Olmamış olmaz. Mövlud Mirəliyev Ramin Musayevin maddi və mənəvi köməyini arxasına alaraq (türkün məsəli) Şəmkirdə futbolu diriltmək istədi. And olsun yüz faiz təbii, hər damlasında həyat olan «Jalə»rnşirələrinə, yalan deyirəmsə Faiq Cabbarov bundan içib zəhərlənsin ki, o, bu komanda yaranandan sonra ortaya çıxmışdı, bub eləyib. Qısa sözün uzunu, Faiq Cabbarov klubdakı pul yeyintilərinə görə «Şəmkir»dən qovuldu. Amma bunu inkar edir. And-aman edir ki, o, heç vaxt işlədiyi yerdən qovulmayıb, özü çıxıb, pul yeməyib. Cabbarova qısa xatırlatma:

rnrn

Dəqiq bilir bəndəniz ki, siz «Qəbələ»dən, o vaxtkı «Gilan» klubundan qovulmuşduz.

rnrn

Məhz pul yeyintisinə görə. Sonra da Ramiz Məmmədovun əleyhinə mərhum «Het-Trik» qəzetinə müsahibə vermişdiz ki, sizi komandadan o qovdurub, yerinizə keçmək məqsədiylə. Halbu ki, sizi «Gilan»a məhz Ramiz Məmmədov gətirmişdi. Baş məşqçilik ona təklif olunmuşdu, amma bundan imtina edərək komandaya sizi məsləhət bilmişdi. Amma sonra Məmmədovu özünüzə düşmən gördüz. Necə deyərlər, öz gözünüzdə şalbanı görmədiz, özgə gözündə qıl axtarmağa başladız. Siz həmin Faiq Cabbarovsuz. İndi də utanmağa ehtiyac olmadan, duymadan danışırsız. Çünki yenə iş yerinizdən qovulmusuz, özü də yenə pul yeyintisinə görə.

rnrn

Sizi qınamıram, pişiyin ağzı ətə çatmayan zaman, mütləq mundar deyər. Odur ki, çox danışmayın, ayağınızı yorğanınıza görə uzadın. Ya oturub gözləyin ki, nə zaman bir komanda yaranar, siz gedib oranı «qazlayarsız», ya da özünüzə başqa peşə tapın.

rnrn

Yaman acdım, pul üçün yox a. İsti qutab olsa pis olmazdı...

Pərviz


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail