Messi, Raufa nə vermisən...

02.04.2015 | 11646 dəfə oxunub

Messinin yarısı yerin altındadı. Bu bəstəboy Leo hoqqalardan çıxmır? SonuncuEl Klassikoda elədikləri bəs deyilmiş kimi, indi meydandan kənarda işləri qarışdırır. Dinc otur da, ay Allahın bəlası...

Başı ayağı əla işləyən argentinalı sehrbaz dilini dinməz yerinə qoymur. Təxminən 5-6 gündür ki, sözünün əvvəli Rauf Əliyevdi, sonu da. Ucsuz-bucaqsız planetimizin  hansı ölkəsindən jurnalist ona yaxınlaşırsa sözü hərləyib-fırlayıb gətirirNeftçinin hücumçusunun üzərinə. Elə bil bu yekəlikdə dünyada bizim Raufdan başqa futbolçu yoxdu.

Gözəlim məmləkətdə bayram tətilləri bitmək üzrədir, amma Messi Rauf Əliyev mövzusunu qapatmaq istəmir. Konqolular demişkən, ucundan tutub gedir ucuzluğa. Zalım oğlu qol vurmaqdan doyur, futbolçumuzun adını hallandırmaqdan. Ötən  gün yenə aləmi vurub bir-birinə. Peruda həftəlik çıxan qəzetə elə sözlər deyib ki, futbol aləmi bu məsələni bir ay boyunca müzakirəyə çıxarsa, yenə bəs eləməz. “Büllur bulaq+qolqəzetinə geniş müsahibəsində od püskürüb. Messinin sözlərindən belə məlum olub ki, argentinalı ulduz yalnız Rauf Əliyevi özünə rəqib kimi görür: “Ronaldo, Əfran İsmayılov, Araz Abdullayev haqqında danışmaq belə istəmirəm. Mənə rəqib ola bilən tək futbolçu Rauf Əliyevdir, o, da təəssüf ki, “Realda deyil...”

Televizyonçular demişkən, sitatın sonu.

Dilini dinc saxlaya bilmirsən, ay Allahın bəlası? Messinin sonuncu açıqlaması Kral klubunun fanatlarını lap özündən çıxarıb. Perunun həftəlik qəzetini oxuyar-oxumaz cumublarRealın bazasına qabaqlarına çıxan oyunçuları sillə-təpiyə, söyüşə qonaq ediblər. Bəzilərinin maşınlarını Corat qutabına döndəriblər. Yəmənlilər demişkən, yemisən turşulu ...

Realın ən qocaman azarkeşlərindən biri yaşına-başına baxmadan çıxıb 88 saylı marşrutun üstünə var gücü ilə qışqırıb: “RaufdanNeftçi varsa bizdə niyə yoxdu?”      

Elgiz Əkbər demişkən sitatın sonu.

Sürücüsü həmin qocanı güc-bəla ilə avtobusun damından düşürdüb aşağı. görün bir deyib: “Yaşlı-başlı adamsan, nəvələrini götür get tonqalın üstündən hoppan, qonşunun qapısına papaq atSənə Rauf lazımdı?”

Zaur Baxşəliyevin sözü olmasın, sitatın sonu.

Leonu yaxşı tanıyıram, Banqladeş camaatı demişkən, dabbaqda gönünə bələdəm. Heç inanmıram ki, Raufla bağlı məsələni qapada, yəqin ki, bu onun sonuncu açıqlaması olmayacaq. Filippinlilər demişkən, məzhəbsizin başı-ayağı dinc durur, dili.

Sabah da durub deyəcək ki, Rauf Əliyevi Argentina millisinə çağırmasanız butsularımı asıram maşınımın güzgüsündən. Sonra da gəl onu başa sal ki, Messi qadan alım, Raufu heç öz ölkəsinin yığmasına çağırmırlar, Argentinaya...

Bəstəboy Messinin yarısı yerin altındadı, bu arqumentə bir söz tapar. Ondan istəsən gözləmək olar. Bu işləri ki, belə görürəm, yəqinRealın oyunçuları hələ çox döyüləcək. Misirlilər demişkən, aqqa canı.

Qoy bu bayram tətilləri bitsin, əlbət Messi hardasa qarşıma çıxacaq. Yuxarıdan aşağı baxıb təmiz Azərbaycan dilində deyəcəyəm ki, yekə oğlansan, bəsdi , Raufa vermisən ala bilmirsən?  

Etibar Cəbrayıloğlu, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail