Natiq Muxtarlı getsin...

19.02.2015 | 9046 dəfə oxunub

Natiq Muxtarlı getsin öz işi ilə məşğul olsun. Futbolumuzdan yazsın, yaza bilirsə. Yazsın ki, milli premyer liqamızda klublar azala-azala gedir, indi cəmi 9-u qalıb, amma mövsümün sonuna kimi  görən neçə klubun sonu gələcək. Natiq yazsın ki, bizim stadionların oturacaqları soyudan dəhşətli dərəcədə üşüyür, hər çempionat oyununu 27-28 tamaşaçı izləyir, onlardan da 6-7-si heç bilmir süni örtüyün üzərində kim kimin qonağıdı. Necə deyərlər, sovetlər hansıdı, nemeslər hansı.

Öz çempionatımızın oyunları canlı yayımlanarkən aparıcılarımız hansı oyunlardan çıxırlar. Televizorun qarşısında oturan azarkeş bilmir ki, ikinci hissənin ilk 10-15 dəqiqəsində nələr baş verir, “Xəbərlər” uzun olur e, çox uzun.

Natiq Muxtarlı getsin bacardığı işdən yapışsın, bildiyi məsəldən yazsın, rəy formalaşdırsın, camaatın fikrini dağa-daşa salsın. Yoxsa... Millimizdə hələ siftə eləməyə macal tapmayan Robert Prosineçkinin açıqladığı siyahıdan yazdığı yerdə keçib rəssamlıqdan guppuldatmağa. Ona deyən lazımdı ki, sən belə yaxşı yazarsansa  qəfildən azərbaycanlı olan Anton Krivotçukun millimizin heyətinə necə düşməsini araşdır. Yoxsa başlayıb rəssamlıq belə gəldi, filankəs belə poz verdi. Natiq Muxtarlının rəssamlıqla nə işi var, biz ölmüşük bəyəm?

“Bakılı” komandasının ehtiyat oyunçularını belə əzbər tanıyan Natiq ömründə heç bircə dəfə Leonardo da Vinçi, onun sirli-sehrli gözəli “Mona Liza” barədə eşidibmi görən? Durduğun yerdə rəssamlıqdan yazmaq asan məsələ deyil. Van Qoqun fırçasındakı postimpressionizm idman yazarını qəliz suallarla baş-başa qoya bilər. Dahi Van Qoqun əsərlərinə baxmaq AFFA-nın eyvanından Futbol Akademiyasına tərəf boylanmaq deyil.

Durub Natiq Muxtarlıya İspaniyanın dünyaya bəxş etdiyi Pablo Pikassodan sual verəsən, Pikassonun kubizm cərəyanından danışasan. Qələm dostumuz elə biləcək ki, “Bakı”nın xoş günlərində Biləcəridə görünən hansısa ispan futbolçudan söhbət gedir. Pikasso rəssamdı, rəssam, futbolla da yaxından-uzaqdan bağlılığı yoxdu, qohum-qardaşından da kimsə AFFA-da çalışmır. Pikassodan söhbət düşmüşkən Salvador Dali özündən 10 yaş böyük arvadı, rus əsilli Qala barəsində belə demişdi: “Mən Qalanı atamdan, amandan, Pikassodan, hətta puldan da çox sevirəm”.

Natiq Muxtarlı getsin öz işi ilə məşğul olsun. Bizim futboldakı hakimlərdən, lap elə həkimlərdən yazsın. Rəssamlıq çox çətin mövzudu, Salvador Dalinin sürrealizm cərəyanında çəkdikləri adamı lap dəli edər. Mark Şaqalın əsərləri insanı öz sehrinə salar. Şəkili bərk gedən idman saytlarından düşməyən idman yazarı yəqin elə bilir ki, Şaqal hansısa menecerin Bakı “İnter”inə təklif etdiyi futbolçudu.

Boş vaxt ola həmin idman yazarına görkəmli rus fırça ustaları Levitandan, Repindən danışasan, lap elə bizimkilərdən soruşasan. Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun çəkdiklərindən söhbət açasan.

Natiq Muxtarlı getsin öz işi ilə məşğul olsun. Futbolumuzdan yazsın, yaza bilirsə. AFFA-dan, PFL-dən idarə olunan futbol deyil e, futbola karikaturadı. Özü də həvəskar rəssamın çəkdiyi karikatura...

Etibar Cəbrayıloğlu

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail