«Bakı»yla «Simurq»un «qıl söhbəti» və «Xəzər Lənkəran»lılara məsləhət

17.08.2011 | 10417 dəfə oxunub

«Suda boğulan adam, qıldan da yapışar» kimi yaxşı bir atalar məsəli var. Həqiqətən elədir, insan suda boğulduğunu gördükdə, qıldan da yapışaraq sağ qalmaq ümidini itirmir.

rnrn

Deyəsən, «Bakı» və «Simurq» klubları da bu qıl variantına əl atıblar. İki turdu nəinki qələbə, ümumiyyətlə, qol vurmaq üzünə həsrət qalan «Bakı», günahkar qismində KİV nümayəndələrini görür. Elə son turda «Bakı»dan xal almağı bacaran «Simurq» da. Yoxsa hər iki klub uğursuzluqdan çıxış yolu kimi futbolçularının KİV nümayəndələriylə danışmasına qadağa qoymazdı. Heç kimin xəbəri yox imiş ki, «Bakı» və «Simurq»un iki turdu qələbə qazana bilməməsində günahkar jurnalistlər imiş! ))

rnrn

Sən demə, qələm əhli qələmlə futbolçulara barmaq edirmiş ki, oynamasınlar. Hətta bir çox futbolçuların ayaqlarının altına çivan da çıxıbmış, hamısı da qələm işidi. Elə «Simurq»lu Rasim Ramaldanovun da xəstəxana getməsinə səbəb bu qələm çivanıymış.

rnrn

Qələmdən söz düşmüşkən, qələm əhlindən olan həmkarımız Rəşad Fərhadoğlu hələ də Ramin Musayevdən yazmaqdan yorulmayıb. «Sport Favorit» qəzeti işıq üzü görəndən bəri, ta düz bir ay əvvələ qədər, bu qəzeti alırdım. Hər sayında Rəşad qardaş azı iki köşə yazırdı Musayevdən. Düz bir ay idi bu qəzeti almırdım. Dünən yenə aldım və Rəşad yenə Ramin Musayevdən yazmışdı. Deyəsən, Musayev Fərhadoğlu üçün bitməz, tükənməz köşə mövzusudur. Ya da ola bilsin, ümumilli köşə ilhamıdır. Təbi gələndə...

rnrn

Rəşad, təbi gələndə aradan Mehman Allahverdiyevdən də yaz. «Kəpəz»i uçuruma aparmasından...

rnrn

Bir qədər də Ramin Musayevi qutuda ilan hesab edən «Xəzər Lənkəran» azarkeşləri barədə. Cənublu fanatların ölkədə bir nömrə olması aydın məsələdir. Bu, danılmaz faktdır. Hətta «Xəzər Lənkəran» azarkeşlərinin çılğınlığı ilə yox, həm də mədəniyyəti ilə seçildiyini söyləyə bilərəm. Amma bu aralar onları heç bəyənmədim. Nədən? Mirça Redniki ilahiləşdirdikləri üçün! Dini ayrıseçkilik kimi çıxmasın, amma inanın, onlar arasında Redniki o qədər hədsiz sevən var ki, Mirçanın bir sözünə namazı möhürsüz qılar. «Xəzər Lənkəran» azarkeşlərinin komandanın baş məşqçisi Mirça Redniki bu qədər çox sevmələri qəbahət deyil. Amma onlar gözlərini açıb ətrafa yaxşıca baxmalıdırlar ki, Rumın baş məşqçi komandanı nə günə qoyub. Elə o, «Xəzər Lənkəran»ı yerindən laxlatdı ki, klubun sahibi Mübariz Mənsimov az qala fanatları «Xəzər Lənkəran»sız qoyacaqdı. Axı onlar niyə qəbul etmirlər və yaxud da özlərinə sual vermirlər ki, öz istəyiylə futbolçuları gətirən baş məşqçi, üstündən 3 ay keçəndən sonra o oyunçuları komandadan niyə qovur? Yenidən komanda yaradır, bir çox oyunçu gətirir və onları yenə yeniləriylə əvəzləyir? Axı bunların arxasında nə dayanır? Niyə heç bu barədə düşünmürsüz? Niyə düşünmürsüz ki, Mirça Rednik dostu olan Rumın menecerdən başqa heç kimdən futbolçu almır? Bunların cavabını tapmaq üçün MTN-nin rəisi olmaq lazım gəlmir ki... ağlınızı bir az işlədin, yetər!..

Pərviz Muradov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail