Stadium.az © 2012-2023. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Elxan Məmmədov Ramin Musayev mübarizəsində PFL nokauta düşür!..

28.11.2014 | 12086 dəfə oxunub
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki yox, Qurban Qurbanov olmalı idi. Təəssüf ki, biz bunu görə bilməyəcəyik. İşi buran isə AFFA-nın baş katibi Elxan Məmmədov oldu. Özü də I vitse-prezident Elşad Nəsirovun əliylə.
İş ondadır ki, Azərbaycan millisi səfərdə Xorvatiyaya 6 cavabsız qolla uduzandan sonra, AFFA prezidenti Rövnəq Abdullayev baş katibdən hesabat tələb edib. Elxan Məmmədov isə biabırçılıqdan çox məharətlə yararlanıb. Daha doğrusu, bundan öz çıxarları üçün istifadə edib.
Çox etibarlı mənbədən aldığımız xəbərə görə, baş katib prezidentə təqdim etdiyi hesabatda məğlubiyyətin əsas səbəbkarı kimi PFL prezidenti Ramin Musayevi göstərib. Bildirilib ki, millidə bəzi futbolçular var ki, onlar radikal dini qruplaşmanın üzvləridir və bilərəkdən məğlub olublar ki, Foqts yola salınsın, yerinə Qurban Qurbanov gətirilsin. Bu dairəyə isə PFL prezidenti Ramin Musayev başçılıq edir. Dolayı yolla, Elxan Məmmədov və Ramin Musayevi məlum radikal dini qruplaşmanın Azərbaycan millisində olan futbolçu üzvlərinin havadarı kimi göstərib. Məmmədovun bu hesabatına Elşad Nəsirovla Rauf Əliyev də dəstək verincə, Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi olma müzakirəsi birdəfəlik bağlanıb.
Baş katib Elxan Məmmədov görməyə gözü olmadığı Ramin Musayevə bu məsələdə böyük zərbə vurub. 2 qola bərabər zərbəylə hesabı öz xeyrinə dəyişib. Məmmədov elə bununla da Azərbaycan futboluna Ramin Musayevdən daha lazımlı olduğun AFFA prezidentinə isbatlayıb. Təbii ki, cənab prezident də bunu qəbul edib. Əks halda, AFFA-nın birbaşa nəzarəti altında yeni Klublar Komitəsinin yaradılmasına razılıq verməzdi. Bu komitənin yaradılması üçün AFFA başkanını razı salan Məmmədov, Musayevə ikinci zərbəni vurmuş oldu. Çünki Klublar Komitəsi birbaşa PFL-ə alternativ olaraq təşkil edilib. Əgər çempionatın təşkili PFL-ə aiddirsə, bu komitə nəyə lazım idi? Elxan Məmmədovun özünün yeni komitəsi üçün nizamnamə hazırlaması və buna AFFA prezidentinin razılıq verməsi, PFL-in uzun görünən ömrünün qısaldığından xəbər verir. Necə deyərlər, artıq Əzrail yola çıxıb. Yaxın zamanlarda PFL-in səlahiyyətləri yavaş-yavaş alınaraq Klublar Komitəsinə veriləcək. Bununla da yaşamaqda olan PFL şam kimi əriyəcək. Sonda heç bir səlahiyyəti qalmayan Ramin Musayev özü məcbur olub bu vəzifədən gedəcək. Hər halda, federasiyaya yaxın və bu işlərin içində olan mənbəmiz belə düşünür. Zatən hadisələrin axarıda elə bundan xəbər verir. Çünki klubların tabe olduğu bir qrum varsa, ikinciyə mheç bir ehtiyac olmamalıdır. Əgər ikincisi yaradılırsa, deməli, bu addım birincinin vurulmasına hesablanır. (goal.az)
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Çox oxunan xəbərlər
Digər
Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
Son xəbərlər
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |