"Alət" yox, adam olun, adam! KÖŞƏ

11.11.2014 | 12749 dəfə oxunub

Şablon səslənir, amma reallıqdı: ən böyük siyasət futboldadı. Əmma... əmması odur ki, indi bizim futbola təkcə siyasət yox, həm də dini siyasət sirayət edir. Hazırda Azərbaycanda kütləvi şəkildə yayılan dinsizlərin təriqəti olan  vəhabi – sələfi təriqəti ən çox futbolda kök atıb. Sələfilər ölkə idmanında, xüsusən də futbolda kök atıblar. İş o yerə çatıb ki, bəzi yerlərdə qəbula düşmək üçün qəbulçunun sələfi, yoxsa şiə olmasına diqqət yetirilir. Həqiqətən uçuruma gedir, futbolumuz sələfilərlə.

Bu nasibi hesab olunan sələfilər daha çox şəxsə pərəstijə, bir şəxsi digərlərindən fərqləndirməyin əleyhinədilər. Dini zəmində sələfilər şiələrin, hətta özlərindən saydıqları, əslində isə adından istifadə etdikləri əhli sünnənin belə doğru hesab etdiklərini səhv adlandırırlar. Məsələn, sələfilər sonuncu peyğəmbərin davamçısı olan İmam Əli (ə) və onun övladlarının, xüsusən də canını, nəinki canını, bütün ailəsini islam ümmətinin xilası yolunda Kərbəlada fəda edən İmam Hüseyn (ə) adının islamla yanaşı çəkilməsinin əleyhinədirlər. Şəxsə pərəstij hesab etdikləri bu məqamə sələfilər, elə ölkəmizdə olan sələfi-vəhabilər də qəbul etmir. Bunlar sonuncu peyğəmbərin övladlarına hörməti, şəxsə pərəstiş düşüncəsiylə yaxına buraxmırlar, amma azərbaycanda kimisə az qalsın ilahiləşdirdiklərini görmürlərmi? Bax budur şəxsə pərəstij! Korsuz, görmürsüz?!

İndi bunu göz götürməmək kimi yozacaqlar, elə bir niyyəti olan insanın Allah bəlasın versin. Və sui zənn edənin də.

Azərbaycan futbolunda şəxsinə pərəstij ediləcək heç kim yoxdu. Və yaxın zamanlarda olacağını da düşünmürəm. Sadəcə düşüncəli cə çox ağıllı yollarla piar işi mükəmməlcəsinə aparılır. Bu yolla da kimlərsə yox, böyük bir kütlə bir o yola “qədəm” qoyur. Bu fikrə hardan gəldiyimi bilirsiz? Bir neçə gün əvvəl bir söhbətdə mənə ünvanlanan sualdan: “Bəs ...   dəlidir ki, bizdən olsun, bunu qəbul etsin? Deməli, düz budur ki, bunu da qəbul edib də”.

Allah sizə hidayət etsin.

Sözüm bunda da deyil. Sadəcə kimlərsə alət olur, alətə çevrilir və ya onları alətə çevirirlər. Azərbaycan dilində alət sözünün bir neçə mənası var. El arasında hansısa diləyə, məsələn bir ustanın istifadə etdiyi nəyəsə onun aləti deyirlər. Birdə bir çox yerlərdə alət sözü insanın ayıb yerinə də mədəni formada deyilir. Sizin hansı alətdən olduğunuzu dəqiq deyə bilmərəm, amma məsləhət görürəm, fitnəyə uymayasız. Nə o alətdən olun, nə də bu alətdən. Çalışın, adam olun, adam!

P.S. Tanrı bizləri, bizim futbolu bu “alətlərin” bəlasından qorusun!

MEHDİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail