Ölkənin ən köklü klubu deyilən "Neftçi": Bir quru addan, iki sınıq-salxaq avtobusdan ibarətdir - YAZI

“Neftçi” klubunda vəziyyət pisə doğru gedir.
Stadium.Az xəbər verir ki, bu məsələ nə komandanın çıxışı, nə idarə heyəti, nə
də komandayla bağlıdır. Problem klubun bazasıyla bağlıdır. Aldığımız məlumata
görə, “Neftçi” klubunun Bakı şəhəri Nobel Prospekti 64 ünvanında yerləşən
bazası plana düşüb. Dövlətin istəyiylə Ağ Şəhərin daha yaxşı qurulması yönündə
gedən işlər “Neftçi”dən də yan keçməyib. Belə ki, Nobel prospektində olan
keçmiş tikililərin çoxu plana düşüb. Yəni o tikililər söküləcək, yerində yeniləri
inşa ediləcək.
Aldığımız məlumata görə, artıq bu barədə “Neftçi”
klubuna da məlumat verilib.
Onsuzda bu komanda hazırkı bazasından narazı
idi. Daha doğrusu komanda daxilindəkilər. Hazırda komandanın bazası ətrafında
tikinti işləri gedir. Az qala hər dəqiqə bazanın ətrafında ağır tonajlı yük maşınları
dolaşır. Komanda məz burada məşq etdiyindən, futbolçular toz-torpaq içində məşq
etməkdən narazıdırlar. Hətta öyrəndiyimizə görə, klubun bazasında qalan
futbolçular yatacaq yerlərdən də narazıdır. Belə ki, legioner, hətta yerli
oyunçular belə bazada qaldıqları yerlərdən rəhbərliyə şikayət ediblər. Onlar vəziyyətin
pis olduğunu bildirərək, bazada qalmaq istəmirlər. Çünki yatacaqları yerdən və
otaqlardan narazıdır. Orda qalmaq belə istəmirlər.
“Neftçi” üçün daha əvvəldən İsmət Qayıbov
adına Bakıxanov qəsəbə stadionunda otel və baza tikilirdi. Ancaq bu tikili də yarımçıq
dayandırılıb.
“Neftçi” klubuna sponsorluq edən SOCAR hazırda
az qala dünyaya sponsorluq edir. Ancaq sahibi olduğu “Neftçi” maliyyə
girdabında çabalıyır. Klubun bazası sökülür, yenisinin tikilməsi təxirə
salınıb, daha doğrusu yarımçıq dayandırılıb. Komandaya normal olaraq maliyyə vəsaiti
belə ayrılmır. Bu səbəbdən də "Neftçi" transfer bazarında olduqca
passivdir. Ölkəyə səviyyəli futbolçular gətirməklə Avropa Liqasına vəsiqə
qazanan “Neftçi”nin pulunun kəsilməsiylə, bu komandanın enişə qədəm qoyması bir
oldu. Maraqlıdır ki, hazırda bu komandanın U-12 komandası yarışlara getməyə belə
normal avtobus tapa bilmir. Klubun prezidenti hazırda əsas komandanı zorla
narazı salır. Çünki SOCAR bu komandaya qarşı simiclik edir. Cəfasın isə "Neftçi"
rəhbəri çəkir.
Ən maraqlısı isə odur ki, “Neftçi”nin
balansında klub olaraq yalnız iki avtobus var. Ölkənin ən köklü klubu şəxsi
olaraq 2 avtobusdan ibarətdirsə, həqiqətən bu ölkənin futbolunda olan
inkişafdan danışmaq absurddur. “Neftçi”nin
sahibi olan SOCAR 1 milyar dollar xərcləyib stadion tikdirir, amma 1
milyon dollar xərcə düşüb bu komandaya normal məşq meydançası hazır etməyi özünə
qəbahət bilir. Boş yerə inkişafdan danışmağa nə var ki...
“Neftçi”nin nə stadionu, nə bazası, nə məşq meydançası var. “Neftçi” bir quru addan, iki avtobusdan ibarətdir. Ölkə futboluna cavabdeh şəxs, AFFA prezidenti və “Neftçi”nin əsl sahibi Rövnəq Abdullayev görəsən, bu barədə düşünübmü? Rövnəq müəllim, vaxt olanda bu dəvəsi ölmüş ərəb olan “Neftçi”yə də gün ağlamaq barədə çox yox, 10-ca dəqiqə vaxt ayırın. Ölkənin ən köklü klubuna az da olsa infrastruktur yaradılması barədə də düşünün.
Vüsal BƏBİRLİ
![]() ![]() ![]() ![]() ![]() |
|
||||||
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |