Tərlan Əhmədov, molla lazımdı, molla!..

Tərlan Əhmədovu tanıyırsız. Yəqin,
millidəki çıxışıyla daha çox. Sayca tülkünün şələquyruğundakı tüklərin sayından
azca az klubda oynayıb Əhmədov. O vxtlar Tərlan Əhmədov millidə öz qapımıza
vurduğu qollarla üznü olmuşdu. Daha çoxda “avtoqol Tərlan” kimi. Rəqib komanda
qapımıza qol vurmağa əziyyət çəkdiyin an, Tərlan ortaya çıxar, bir avtoqolla
işi həll edərdi. Elə buna görə də, hələ də Əhmədova “avtoqol Tərlan” deyənlər
az deyil.
Tərlan Əhmədov futbolçu kimi Azərbaycan
futbolunda avtoqolu gətirdi. Məşqçi kimi isə mollalığı. Bir şey başa düşmədiz?
Xırdalayım da sizing üçün…
“Avtoqol Tərlan” hələ “Olimpik Şüvəlan”da
oynadığı zaman komandanı məhz onun hazırladığı, hazırlaşdırdığı bildirilirdi.
Ona görə də, o vaxt bu komandanın baş məşqçisi Əskər Abdullayev olsa da,
faktiki olaraq işi “Avtoqol Tərlan” görürdü. O zamanı xatırlayanların yadına
yaxşı düşər. Qəzetlərdə də yazılırdı.
“Olimpik Şüvəlan”ın “Şəfa”da keçirdiyi hər ev oyununda, bir çox hallarda isə səfər
qarşılaşmalarında da tribunada bir neçə molla əyləşirdi. Deyilənlərə görə, o
vaxt bu mollalar cadu edir, “Olimpik Şüvəlan”ın qələbəsin “sıxırdılar”. O vaxt
bum olla əmilərin stadiona məhz Əhmədovun istəyiylə gəldiyi söyləntiləri səngimirdi.
Nədənsə, Əhmədov “Neftçi”də məşqçi
və ya baş məşqçi işləyəndə bu mollacanları stadionda görmədik. Yəqin, Hacı
Sadıqın qorxusundan Əhmədov buna cürət etməyib. Hacı Sadıq din adamıdı, belə
xürafata icazə verməzdi…
İndi Tərlan Əhmədov AZAL klubunda
baş məşqçidir. Mətbuat yazır ki, klub daxilində Tərlanın “torbasın tikirlər”.
Belə baxanda, orda tikilməli heç nə yoxdur. AZAL uğurlu çıxış etmir ki, məşqçini
də gözlər götürməsin… Bu komanda 5 oyuna 7 xal yığıb ki, bu fiaskodur. Yol üstə
olan adama da torba tikmək olar? Və ya bu hansı başdan bozuğin fikridir?
Bir tamaşda deyildiyi ki, işləri
yamanca fırıxdı…
Tərlan müəllim, inan, düzəlməyəcək. Əhmədov, işlərin yaxşı getməsini, ən pis halda bu AZAL-ın keçmiş adı “Olimpik Şüvəlan”da olduğu kimi getməsini istəyirsizsə, üz tutun mollacanlara. Uğur istəyirsizsə, mollaya ehtiyac var. Molla lazımdı, Əhmədov, molla!..
XAQAN!
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |