"Qarabağ"ın oynayacağı 3 böyük Avropa stadionunu tanıyaq

“Qarabağ" Avropa Liqasında mübarizəyə
başlayır. Klub F qrupunda "İnter", "Dnepr" və "Sent
Etyen" ilə bir qrupda qərarlaşıb. Komandamız “ev” oyunlarını 32.000
azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respiblika stadionunda keçirəcək.
Stadionun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün, ilk oyuna qədər qazon dəyişdiriləcək. İşlər sentyabrın 16-dək başa çatacaq.
"Qarabağ"dan
fərqli olaraq, digər üç rəqibi “ev” oyunlarını daha böyük stadionda keçirəcək.
Qrupun favoriti olan İtaliyanın "İnter" klubu öz “ev” oyunlarını Milan şəhərində yerləşən " Cuseppe Meatsa" stadionunda keçirir. Bu stadionda həmçinin şəhərin digər təmsilçisi
olan "Milan" klubu da ev oyunlarını oynayır. Stadionun tutumu 80.018 nəfərdir. 1926-cı ildə
açılışı olan stadionun ilk tutumu 26.000 olub. Daha sonrakı illərdə 9 dəfə təmirə
bağlanan stadionun tutumu 1955-ci ildə təmir edildikdən sonra 100.000-ə çatdırılıb.
Sonuncu təmir isə 2011-ci ildə olub və tutumu 80.018 nəfərə endirilib. Digər adı "San Siro" olan bu stadionun Avropanın ən böyük
stadionlarından biridir. Arena 1934 və 1990-cı illərdə dünya çempionatının
oyunlarını qəbul edib.
Qrupun digər təmsilçisi
"Dnepr" öz ev oyunlarını 31.000 azarkeş tutumuna malik "Dnepr
Arena"da keçirir. Lakin stadionun yerləşdiyi ərazi bəzi səbəblərdən
bağlanıb. Bu səbəbdən də klub Avropa Liqasındaki “ev” oyunlarını "Kiyev Arena"da keçirəcək.
Bu stadion 1923-cü ildə inşa etdirilib. 70.050 nəfər azarkeş tutumuna malikdir.
Dizaynını almaniyalı memar Mixaylo Hreçyna verib. 1941, 1999 və 2011-ci illərdə əsaslı
təmir olunub. Kiyev "Dinamo”su “ev” oyunlarını məhz bu arenada keçirir.
Fransanın "Sent Entyen" klubu isə “ev” oyunlarını
"Stade Geoffroy-Guichard" stadionunda keçirir. Stadionun açılışı 1931-cu ildə olub. 35.616 nəfər
azarkeş tutumuna malikdir. Arenanın ilk tutumu 1.800 nəfər olub. 7 dəfə təmir
olunan stadion sonda 35.616 nəfərə çatdırılıb. (1931-1.800, 1935-5.000,
1938-15.000, 1957-25.000, 1965-39.570, 1984-48.274, 1998-35.616) Bu
stadion 1998-ci ildə dünya çempionatının bəzi oyunlarına ev sahibliyi edib.
2016-ci ildə Fransada keçiriləcək Avropa Çempionatının da əsas stadionlarından
biri də məhz "Stade Geoffroy-Guichard" arenasıdır. Eyni zamanda bu
stadionda "Reqbi"
oyunları da keçirilir.
Bəhram Camalov, Avrokubok.com
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |