Dünyaya havalanır “Qarabağ”ın səsi...

Avqustun 28-də əldə olunan nailiyyətin əhəmiyyət çərçivəsi, uğurun qazanıldığı sahə ilə məhdudlaşmayıb, daha və çox geniş spektri əhatə edir. Ağdamın “Qarabağ” futbol klubu çətini bacarıb, gözləntiləri reallaşdırdı. Hollandiya çempionatının bürünc mükafatçısı ilə iki görüşlük mübarizə Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Nəhayət, “Qarabağ” Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etmək hüququ qazandı. Ağdam futbolçuları bu uğura addım-addım irəlilədi. Büdrədiyi məqamlar oldu. Məqsədə çatmaqda ikən cüzi çatışmazlıqdan istəyini gürçəkləşdirə bilmədi, təəssüfləndi. Amma zərrə qədər də olsa, sınmadı, ümidsizliyə qapılmadı, özünə inandı, arxasındakı çoxminli mənəvi dəstəyə inandı və getdiyi yolu mətin addımlarla getməkdə davam etdi. Çünki haradan yola çıxdığını, hara getdiyini gözəl bilirdi, hədəflərini dəqiq müəyyənləşdirmişdi! Çünki “Qarabağ” komanda olaraq vahid orqanizm kimi işləyir! Çünki “Qarabağ”da Rəhbərlik-Məşqçi-Futbolçu triosu qibtəediləcək anlaşıqlı davranır! “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması təkcə futbolda əldə olunan nailiyyət deyil. Bu uğurun ictimai, sosial anlamı ilə yanaşı, siyasi əhəmiyyəti də olduqca böyükdür, mühümdür. 20 ildən çoxdur işğal altında inləyən Azərbaycanın Qarabağ kimi əsrarəngiz özəlliklərə malik diyarının adını daşıyan komanda beynəlxalq yarışlarda kiminlə, hansı klubla qarşılaşıbsa, həmin kollektivin təmsil etdiyi ölkənin mediası “Qarabağ”ın Ağdam şəhərini təmsil etdiyini, Ağdamın isə 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduğunu yazır. Demək ki, insanların heç də təsadüfən XALQ KOMANDASI adlandırmadığı “Qarabağ” neçə illərdir Qarabağın, Azərbaycanın Ermənistanın işğalına məruz qalmasını Avropaya, geniş anlamda isə dünyaya çatdıran güclü təbliğat maşını rolunu oynayır. Hollandiyada, “Tvente” ilə görüşün final fitinin səslənməsi ilə bir daha HAVALANDI “QARABAĞ”IN SƏSİ. Amma bu dəfə daha gur, daha vüqarlı və böyük qələbəyə daha böyük inamla! Qələbən mübarək, “Qarabağ”! Qələbən mübarək, Qarabağ! Qələbən mübarək, Ağdam! Qələbən mübarək, Azərbaycan... Rövşən BİNNƏTLİ
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |