"Neftçi"də sonun başlanğıcı!

"Neftçi"nin
"Koper"lə oyunda 2:1 hesablı məğlubiyyəti məni elə də təəccübləndirmədi. Yaxşı klub “uduzar da, udar da” dedim. Amma bu oyundan sonra mətbuatda, sosial şəbəkələrdə “Neftçi"nin tənqid və təhqir atəşinə tutulmasını anlaya bilmədim. Sanki
şikarını pusuda gözləyən ovçu kimi, bəzi qara qüvvələr "Neftçi"nin məğlubiyyətini
gözləyirmiş. Bu azmış kimi oyun sonrası mətbuat konfransından bir həmkarımın
"Koper" "Neftçi"ni çilədi" deməsi aranı dahada qarışdırdı.
Əziz həmkarım, "Neftçi"ni
müdafiə etmirəm, amma çiləmək Almanyanın Brazilyanı (7:1) məğlub etməyi kimi
olur və sonra düşündüm, yəqin, siz oyunu izləməmisiz. Oyunu izləyən hərkəs 2 ci
hissədə "Neftçi"nin "Koper"in başına nə oyun gətirdiyini
görürdü. Xülasə, mövzudan kənara çıxmaq istəmirəm, "Neftçi"yə qarşı
artan təziqlər, mənfi fikirlərə çox
üzüldüm. Sanki o azadkeşlər
deyildi 3 il bundan qabaq "Neftçi"nin Avropa Liqasına yüksəlməsinə
sevinirdilər. "Neftçi"nin hər oyunundan sonra küçələrə axışıb qələbələrə
sevinirdilər. "Koper"lə oyunu 6000 dən çox azarkeş tribunadan izlədi, amma oyundan sonra yazılar, paylaşılan fikirlə bu dəstəyin içinə etdilər...
Bizi Avropada təmsil edən "Neftç"i
"xalaq düşməni" , "İnter" və "Qarabağ" isə
"xalq qəhrəmanı"dı. Deyirəm, görəsən, bu klublarımız uduzanda ağız
dolusu yazanlar, danışanlar nə edəcəklər? Görəsən, öz sözlərini yeyəcəklər? Ya
da "Neftç"i "Koper" səddini adlasa, vicdanları sızlayacaq? Bu qədər tənqidlər nəyə lazımdı? Heç bəlkə bu
sualların cavablarını özləridə bilmirlər. Bir şeyi yaxşı bilirəm, "Neftçi" üçün hələdə ümüdlər ölməyib.
"Neftç"i olub bizə Avropa Liqasının qrup
mərhələsinin sevincini yaşadan!
"Neftçi" idi Avropanın güclü klublarından
biri "İnterl"lə səfərdə 2:2 oynayan!
"Neftçi"di həsrət gözüylə baxdığımız “Birlik
Kuboku”nda bizi dəfələrlə sevindirən!
Bunları heçkim unutmayıb, amma bu uğurlar çoxlarının xoşuna gəlmir və yuxularına haram qatır. Unudursuz ki, "Neftçi"də "Qarabağ" və "İnter" kimi bizimdi, Azərbaycanımızındı. Amma unutqanlıq həmişə bizim yaralı yerimiz olub. Bunada daha təccüblənmirəm. İndi ağız dolusu "Qarabağ" deyənlər qarabağın başında duran Qurban Qurbanovun da "Neftçi"nin şərəfini qoruduğunu, onu elə bu klubun formalaşdırdığınıda unudublar yəqinki. Bəs "Koper"lə oyunda "Qarabağ" fanklubları harda idi? Niyə "Neftçi"ni dəstəkləmədilər? Axı "Neftçi” fanklubları həmişə "Qarabağ"ı dəstəkləyiblər. Azarkeşlərin və jurnalistlərin çoxu "Neftçi"nin "Koper"lə oyununun bu il Avropada son oyun olacağını düşünür, amma bu "Neftçi"də sonun başlanğıcıdı. Bəlkə baş məşqçi, vitse-prezident üçün bu oyun son ola bilər, amma bu "Neftçi"nin sonu demək deil. Slovenyada ən azından cəsarətli oyun və Bakıda oynanılan oyunun 2 ci hissəsindəki oyun kimi oynasaq, səfərdə növbəti mərhələyə vəsiqə qazanarıq. İnanıram ki, "Neftçi" məni və ürəkləri həqiqətəndə "Neftçi" ilə döyünənləri məyus etməz. Bu, "Neftçi"də sonun başlanğıcı olar!
Emin AĞAYEV
![]() ![]() ![]() ![]() ![]() |
|
||||||
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |