STOP! BİR YIĞIN CINDIR ƏSKİSİ - Hafiz Məmmədov yalı kəsib, hürürlər - YAZI

Dünən iyulun 2-si idi. Beynəlxalq İdman Jurnalistləri Günü. Peşə bayramı bu gün qeyd olunur. Yadıma düşməyəcəkdi, açığı. Hafiz Məmmədovun ötən ilin bu günündə keçirdiyi tədbir olmasaydı. Həmin gün idman jurnalistikasının yarıdan çoxu məclis başındaydı. «Hafka» dedikləri zatın şirkətinə yığışmışdılar. Mətbuat konfransında ağzının içinə girdikləri şəxsin Milinko Pantiç haqda söylədiklərini ötürürdülər içəri. Hamısına aid eləmirəm, səbirsizliklə gözləyirdilər ki, tədbir tez qurtarsın, səbəbkara yaxınlaşsınlar. Təqdimatı edilən Pantiç olsa da, səbəbkar Hafiz Məmmədov idi. Az sonra «şirinlik» üçün uzun növbə yaranacaqdı.
«Hafka» dedikləri zat tədbiri qurtardı, jurnalistləri geniş zala dəvət elədi: burda nə yox idi! Hər növ içkidən tutmuş Avropa mətbəxinədək, şirniyyatadək. Bir qaz əti çatışmırdı, bir də ceyran südü. Hafiz Məmmədov iyulun 2-nin medianın günü olmasını orda bilmişdi, onu da təşkil edərdi hələ-həlbət. Vaxtı az idi, amma gözünü ciöindən çəkməyənləri qırmadı yenə.
Yeyib-içmək tez qurtardı. Yeyən yedi, içən içdi. Amma içərini tərk edən çox az jurnalist vardı. «Hafka» dedikləri zat getməyə hazırlaşanda zalda bir narahatlılıq müşahidə etdim. Qurbağa gölünə daş atıldı bir an. Üzlərdən məyusluq yağırdı, fikir götürmüşdü birilərini ki, görəsən, Hafiz Məmmədov bizə «görüm-baxım» etməyəcək… Elə şey olar, o, olsun, pencəyinin cibini «təmizləməsin»? Başladı, nə başladı! Bəh-bəh… Peşə bayramının ziyafət gecəsinə xoş gəlmisiz!
Deməyəcəm kim aldı, kim almadı. Hər halda cümlə «zurnalistlər»in üzü və gözü gülürdü. Əhvalları düzəlmişdi. Axı «Hafka» dedikləri zat umduqlarından daha çox «tərləmişdi». Artıq məclisdən getmək olardı. Həmin kəsim isə tərpənmək bilmirdi. Pıçıldaşma… Sənə nə qədər verdilər? Mən çox qabağa düşdüm, yoxsa sən? Növbəti tədbir nə vaxt olacaq? Aldığımın qədərini başqasına demə, yaxşı? Elə edək ki, gələn dəfə bura gələn az olsun, bizə çox düşsün, danışdıq? Ok!
Səbəbkar çoxdan sağollaşıb getmişdi. Zal boşalanda artıq hava qapqara qaralmışdı. «Hafka» dedikləri zatın hələ maşına minmədiyini düşünən «gədələr» isə şirkətin arxa qapısında qarovul çəkirdi. «Bəlkə gördü bizi, maşını saxlayıb, bir az da pul verdi…» həyasızlığı ilə. Belə çox olub, birinci dəfə deyildi. Fransız viskisindən 20 qram içib, onu dəqiqəbədəqiqə güdən «zurnalistlər» barədə duyduqlarımı və gördüklərimdən dastan bağlayardım. Həm də adbaad. Cəhənnəm olsunlar.
İnsan var, problem də var. insan yuxarı da qalxa bilər, aşağı da enə bilər. Heç kim dünyanı tutub getməyib. Süleymana qalmayan dünyadı, bir gün əlin ala buludlara çatır, bir gün torpağın altındasan. İnsan öləndə özüylə iki əməl aparır: ya rəhmət, ya lənət! Yıxılana balta vurmaq özünə kişi deyən Allah bəndəsinə yaraşmır. Yazırlar: «Hafka» batdı», «Hafka» çökdü», «Hafka»nın biznesi əlindən alındı». Yaxşı işmi olub?
Yazın e, mən bir söz demirəm. Yazırsız, başqalarından da yazın. «Hafka» dediyiniz zatın adını, ləqəbini siz qoymusuz? Elə isə Sadıq Sadıqovu, Cahangir Hacıyevi, Ramin Musayevi, Elxan Məmmədovu, Rövnəq Abdullayevi, başqalarını öz ayamalarıyla çağırın da, niyə çağırmırsız? Onlar toxunulmazdı? Təpənizdə turp əkərlər, bəli.
Hafiz Məmmədov üzüyoladı. Zəhləsi getdiyinin kefinə soğan doğramayandı. Rəhbər qılıncı gəzdirmir. O, bu cürdü, bəs sizin vicdanınıza nə gəlib? Simasızın biri bu günlərdə açıqlama verib ki, Hafiz Məmmədovun bizim sayta neçə aylıqsa reklam borcu qalıb. Şərəfsiz, ondan bir dəfə qopardığın «şirinlik» nəsil-nəcabətinin 1 aylıq xərcinə çatır, bunu de də. De ki, Hafiz Məmmədov cibini qurdalamır, mən də simamı satıram. Yalınız kəsilib, ağız-ağıza verib çaqqal kimi ulayırsız!
«Bakı» dağılır, dağılsın. Hafiz Məmmədovun çətin gününü toy-bayrama çevirmək kişilikdəndi?
Bədbəxtlər, qara günləriniz qabaqdadı e! «Hafka» dediyiniz zatı görəndə çiçəyiniz çırtlayırdı, belə qürurunuz vardısa, üzbəüz deyərdiz də sözünüzü, bu nə başbaşa verib mırıldayırsız? Bu futbolda 4-5 İNSANdan biridi Hafiz Məmmədov. Sayın görüm, daha kim var? Futbolun İNSANsızlaşmasına vicdanınız (əgər varsa) oyanmırmı? Heç oyanmasın…
İctimai-siyasi mətbuatın qələmə aldıqlarına sözüm yox. Kimlərsə kimlərinsə sifariş qulluqçusudu, aldığı tapşırığı yerinə yetirir. İdman mediasına tilov atan «zurnalistlər» da, çox təəssüf, «Hafka» adlandırdıqları zatın əleyhinə birləşənlərin dəyirmanına su tökür. Bağda ərik vardı, salam-əleyk vardı. Bağda ərik qurtardı, salam-əleyk qurtardı?
İLKin
P.S. Ona futbol lazım deyil. Futbola o lazımdı. Adamın ağır dəqiqələrinə sevinirsiz, çünki cındır əski sizdən yaxşıdı.
![]() ![]() ![]() ![]() ![]() |
|
||||||||||||||||||
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |