"Atletiko"nun Bakı tədbirində zurnalist görməmişliyi - YAZI

Ölkəmizdə son illərə qədər bəlkə də, sayı müəyyən
olunacaq qədər “Atletiko” azarkeşi vardı. Tam əminliklə demək olar, indi,
onların sayı olduqca çoxdur. Səbəbin də bilirsiz... “Bakı”nın prezidenti Hafiz
Məmmədov. Məhz Məmmədovun sayəsində “Land of Fire Azerbaijan” brendə çevrildi.
Bu brend isə “Atletiko”ya çox düşərli oldu. Komanda Çempionlar Liqasının
finalına vəsiqə qazandı, İspaniya La Liqasın qazandı. Ötən gün isə “Atletiko” rəhbərliyi,
başda klub prezidenti olmaqla, bizlərin daha çox sevdiyi Arda Turan və Qodin məhz
La Liqa kubokuyla birgə Bakıda idi. Təbii ki, bu mətbuat konfransaında deyilən
sözlərlə, kubokun Bakıya gətirilməsiylə Azərbaycanda heç bir ac şəxsin qarnına
nə bir tikə çörək, nə də bir içim su getmədi. Ancaq həmin susuz və ac şəxslərin
möhtacsız yaşaması üçün madridlilərin Bakıya etdikləri səfər, dedikləri sözlər ölkə
siyasəti, imizi üçün böyük əhəmiyyət kəs edirdi.
Əl qərəz...
Toxunacağım məqam bunlardan tam uzaqdır. Mətbuat
konfransı başa çatdıqdan sonra bir yekə qara sumka (çanta) açdılar, içində “Atletiko”nun
müxtəlif rəngli formaları varmış, sən demə. Hörmətsiz KİV nümayəndələri bir
anlığa həmin balaca qara sumkaya hücum çəkdilər. Həmin anı sadəcə kənardan izləmək
istədim. Bilirsiz, o anda filmlərdə günlərcə səhrada susuz qalıb, günlər sonra
boz-bulanlıq bir gölməçəyə rast gəlib və ora özünü vəhşicəsinə atan insan
obrazı gözüm önündə canlandı. Bir anlıq qara sumkaya hücum çəkildi və hərə öz
yerinə qayıtdı. Ən son məhz bəndəniz yaxınlaşdı. Bir dəst də olsun qalmamışdı.
Daha sonra baxdım ki, bir çoxlarının əlində, 3-4, hətta 4-5 forma dəsti var.
Sağ olsun Kamran Hacı ki, o basabasda əldə etdiyi 2 formadan birini bəndənizə
bağışladı. Biri digərindən xahiş edir
ki, ona da bir forma versin. Axı əlində ən azı 3 dəst var. Deyir ki, yox,
olmaz, ondan xahiş ediblər. Ay zurnalist, sən ora gələndə heç kim bilmirdi
burada forma paylanacaq və hamam suyuyla özünə dost tutma. Orada hər jurnalistə
bir forma nəzərdə tutulmuşdu. Axı sənin nəyini qınayım mən? Bax buna görə
deyiblər, görməmişin bir oğlu oldu, dartdı ... çıxartdı. Ay zurnalist, adam ol,
etikan olsun, görməmiş olma. Millətə xəbər verən, əxlaq dərsi keçən sənsən.
Amma sənə yekə bir mədəniyyət dərsi keçən lazımdır.
Səni qınamıram da. Oyundan sonra rəqib futbolçudan formasını almaq üçün diz çöküb yalvaran milli futbolçudan yazan zurnalist elə siz ola bilərsiz, başqa heç kim. Ayıb olsun sənə, zurnalist, ayıb...
P.S. Daha Ayı qo... demirəm...
Vüsal BƏBİRLİ
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |