Bravo “Land of fire Azerbaijan”, Bravo Hafiz Məmmədov!

06.05.2014 | 9332 dəfə oxunub

 AzərbaycanınAtletikoya sponsorluğu heyranedici uğurun sübutudur. “Atletikonun ÇL-in finalına vəsiqə qazanmasıStemford Bric ispan fanatlarla yanaşı, Azərbaycanın paytaxtı Bakıda da futbol azarkeşlərinin sevincinə səbəb oldu. “Atletikonun bu uğurları həm varlı neft ölkəsi olan Azərbaycanın sponsorluğu nəticəsində gerçəkləşib. Bu əməkdaşlıq çərçivəsində ötən ilAtletikoBakıya səfər etdi. Bundan başqa, müqaviləyə uyğun olaraq, Azərbaycanın yeniyetmə futbolçularıAtletikoda hazırlıq keçiblər”. Bu sözlər İngiltərənin ünlüGuardianqəzetinın tanınmış yazarı, jurnalist Ouen Gibsona məxsusdur. Gibson bir neçə gün əvvəlGuardianda geniş bir yazı yazaraqAtletikoya Azərbaycan sponsorluğundan bunun mahiyyətindən bəhs etmişdi. Təəssüf ki, idman mətbuatımızda bir ingilis qədər düşünən çox az sayda jurnalist var. Bu da əsl idman jurnalisitlərinin sayının az olmasından irəli gəlir. Yazıda heç layihənin səbəbkarı Hafiz Məmmədovun adı da çəkilmir. Bütün vurğu Azərbaycan üzərinə düşür. Halbuki, bütün zəhməti çəkənBakıklubun prezidenti, adamı Hafiz Məmmədovdur. Ancaq o da cənab prezidentin siyasətinə uyğun olaraq ölkə üçün çalışır, etdikləri Vətən üçündür. , deyə bilərsiniz ki, atasının pulu deyil ki, dövlətin puludur?! Nəzərinizə çatdırım ki, Hafiz Məmmədov kifayət qədər tanınan adamıdır. Bu ölkədə milyonları olacaq o qədər milyonçu var ki. Hansı belə görür? Görməkləri bir yana, hələ Məmmədova badalaq vurmağa çalışanlar da var. Heyf ki, belə bədxahlar bir ingilis jurnalist qədər Azərbaycan üçün düşünmür, ancaq ciblərini, qarınlarını güdürlər.

Atletikorəsmiləri deyir ki, ödənilən 12 milyon avronun qarşılığında formalarının  üzərində Azərbaycanın adının yazılması onlar tərəfindən atılmış xeyirxah bir addımdır bu münasibətlər ənənəvi sponsorluq dəstəyindən daha da irəli gedir. İngilis yazar sonda onu da vurğulayır ki, əgərAtletikoLissabondakı final matçındaReala qalib gəlib Çempionlar Liqasının kubokunu qazansa, o zaman buzəfər təkcə Portuqaliyanın İspaniyanın paytaxtında deyil, həm Xəzər dənizininin sahilindəBakıda da qeyd ediləcək. Təbii ki, belədir. MəmmədovunAtletikoyla bu əməkdaşlığı FransadaLansklubunu almasından sonra Azərbaycanı tanımayan qalmadı. Məhz bu siyasətin nəticəsində İspaniyanın mərkəzi olan Madriddə, Fransada Xocalı soyqrımı bir daha dünyaya çatdırıldı.

Azərbaycanda isə hələ bunu qavramayan, anlamayanların sayı həddən çoxdur. Əsas problem budur. “Atletiko” “Land of fire Azerbaijansözləri yazılan formayla oyunlara 2013- ilin martından sonra çıxır. Məhz o zamanBakıklubu ilə imzalanmış əməkdaşlıq müqaviləsindən sonra bu addım atıldı. Bu yaxınlarda isə  müqavilənin müddəti 2016- ilin yanvar ayına qədər uzadılıb. Nəyi pisdir ki? HəttaAtletikonun prezidenti Enriko Sereson bu əməkdaşlığın həm Azərbaycanın dünyaya daha da tanıdılması baxımından əhəmiyyətli olduğunu deyir. Nədənsə bunu qəbul etməyənlər bir ispan, bir ingilisdən fərqli olaraq, Azərbaycan mənafeyinə qiymət verməyəcək qədər ermənipərəst ürəklidir. Açın gözlərinizi yaxşı baxınbütün dünya bu layihədən danışır, “Atletikonun forması üzərində olanLand of fire Azerbaijanla maraqlanır, bununla ölkəmizi tanıyırlar. Siz isə bundan imtina edirsiz. O zaman bu vətənin, bu ölkənin pisliyindən başqa heç istəməyən bir erməni dığasından fərqiniz var? Buxara olmasa da, papğınızı qarşınıza qoyub yaxşıca fikirləşin.

P.S. Bu yazının yalnız tərifdən ibarət olmasını düşünə, məllifi öz fikrinizdə ittiham edə bilərsiz. Heç elə deyil. ƏgərLand of fire Azerbaijanindi finalda olmasaydı, bu yazıda yazılmayacaqdı. Deməli, “Land of fire Azerbaijanbu yazını haqq etdi. Bu səbəbdən, haqq sahibinə haqqını vermək imandandır. Əksini düşünənlərinki isə imansızlıqdandır...

Vüsal Gözəlov, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail